Accessibility links

Rusiya Sovet İttifaqının dağılmasından sonra ən böyük hərbi oyunlar keçirir


Rusiya Sovet İttifaqının dağılmasından sonra ən böyük hərbi oyunlar keçirir
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Rusiya Sovet İttifaqının dağılmasından sonra ən böyük hərbi oyunlar keçirir

Rusiya Sovet İttifaqının dağılmasından sonra Çinlə sərhəddə ən böyük hərbi oyunlara başlayıb. Hərbi manevrlərdə Rusiya hərbi qüvvələrinin 300 minə yaxın əsgəri iştirak edir. Təlimlərin bir hissəsi Çin ordusu ilə birgə manevrlərin keçirilməsindən ibarətdir.

Çin və Rusiya bundan əvvəllər də birgə hərbi oyunlar keçirib, lakin onlar bu səviyyədə olmayıb. Vostok-2018 adlanan hərbi təlimlər eyni zamanda, iki ölkə arasında daha yaxın hərbi əməkdaşlıqdan xəbər verir. Hərbi manevrlər eləcə də Pekinə Moskvanın uzaq şərq bölgəsində özünü müdafiə etmək qabiliyyətinə malik olduğuna dair mesaj kimi dəyərləndirilir.

Vostok-2018 hərbi təlimləri Qərb və Rusiya arasında münasibətlərdə gərginliyin artdığı bir vaxt keçirilir. NATO və Asiya-Sakit okean hövzəsində güclü hərbi mövcudluğa malik olan Birləşmiş Ştatlar təlimlərin yaxından izləniləcəyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyi tanklar, zirehli texnika, hərbi gəmilərin hərəkət etdiyi, döyüş helikopterləri və təyyarələrinin göyə qalxdığı təsvirləri nümayiş etdirib.

Vostok-2018 hərbi manevrlərinin Moskvadan 5 min kilometr şərq bölgəsində keçirilməsi həm o deməkdir ki, təlimlər Yaponiya, Şimali və Cənubi Koreyalar, onlarda iştirak edən Çinin özü və Monqolustan tərəfindən də diqqətlə izləniləcək.

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin Vladivostokda görüş zamanı, 11 sentyabr, 2018.
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin Vladivostokda görüş zamanı, 11 sentyabr, 2018.

Hərbi oyunlara Rusiya hərbi qüvvələrinin 300 minə yaxın əsgəri ilə yanaşı mindən çox hərbi təyyarə, 36 mindən çox tank və zirehli maşın, Rusiya desant qüvvələri, hərbi dəniz donanmasının iki flotiliyası cəlb olunub.

Təlimlərin başladığı gün Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin arasında Vladivostokda görüş keçirilib.

Hərbi oyunlar sentyabrın 17-nə qədər davam edəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG