Accessibility links

Rusiya yeni kosmodromdan ilk uçuşu təxirə salıb


Rusiyada Vostoçnıy yeni kosmodromundan fəzaya ilk raketin göndərilməsi texniki səbəblərə görə təxirə salınıb.

Rusiya mediasının verdiyi xəbərlərə görə üç peyki daşıyan Soyuz raketinin fəzaya uçuşu göyə qalxmağa bir neçə dəqiqə qalmış dayandırılıb.

Uçuşa ikinci cəhd cümə axşamı günü ediləcək. Prezident Vladimir Putin kosmodromda inaqurasiya uçuşunu izləmək üçün regiona səfər edəcək.

Vostoçnıy kosmodromu Rusiyanın Amur regionunda yerləşir. Limanın istifadəyə verilməsilə Rusiyanın Qazaxıstanda yerləşən Baykonur kosmodromundan asılılığının azalacağı gözlənilir. Rusiya Sovet İttifaqının dağılmasından sonra Baykonurun icrasına görə ildə 115 miliyon dollar ödəyir.

Vostoçnıy Rusiyanın ən böyük inşaat lahiyələrindən biridir. Kosmodromun tikintisi 6 miliyard dollara başa gəlib.

Rusiya rəsmiləri bildirib ki, Baykonurdan 2023-cü ilədək istifadə nəzərdə tutulur.

Vostoçnıy limanından bu il yalnız bir uçuş həyata keçiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG