Accessibility links

Rusiya ABŞ prezidenti Donald Trampın milli strategiya planını tənqid edib


Rusiya ABŞ prezidenti Donald Trampın milli strategiya planını "imperatorluq" cəhdi adlandıraraq, bunun çoxqütblü dünyanın inkarı kimi qiymətləndirib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva bu ölkənin Birləşmiş Ştatların təhlükəsizliyinə hədə sayılmasını qəbul edə bilməz. Lakin o, Tramp administrasiyasının qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq istəyini müsbət qiymətləndirib.

ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatlar Rusiya, Çin və başqa ölkələrlə “böyük tərəfdaşlığa” nail olunmasına çalışacaq, lakin eyni zamanda daim “öz ölkəsinin maraqlarını müdafiə edəcək”.

Donald Tramp
Donald Tramp

Trampın illik milli təhlükəsizlik strategiyası planında Çin və Rusiya kimi Amerikanın qlobal rəqibləri ilə iqtisadi rəqabət əsəs yer alır.

Tramp Rusiya və Çini Amerikanın maraqlarına zidd olaraq dünyanın quruluşunu dəyişmək istəyən rəqiblər adlandırıb.

Biz müttəfiqlərimizlə bərabər Şimali Koreyanın təcridi üçün misilsiz səylər göstəririk

“Bu ölkələr öz iqtisadiyyatlarını daha az sərbəst və daha az rəqabətli etməklə öz hərbi qüdrətlərini artırır, öz cəmiyyətlərinin informasiya və məlumat almasını əngəlləməklə təsir güclərini yüksətməyə çalışırlar”- deyə prezident bildirib.

Prezident Tramp Şimali Koreya və İrandan qaynaqlanan təhlükə haqda danışıb. O, Pxenyanın təcrid edilməsi strategiyasının artıq bəhrə verdiyini deyib.

"Biz müttəfiqlərimizlə bərabər Şimali Koreyanın təcridi üçün misilsiz səylər göstəririk. Hələ görüləcək çox iş var. Lakin rejimin dünyaya olan hədəsini nüvəsizləşdirmə yolu ilə dəf edəcəyik"- deyə, prezident bildirib.

Sənəddə vurğulanır ki, Şimali Koreya və İranın diktatorluqları “regionları sabitsizləşdirmək, amerikalıları və onların müttəfiqlərini hədələmək, öz xalqlarını əzmək niyyətindədirlər”.

Strategiya sənədində qeyd olunur ki, transmilli “cihadçı terroristlər” və kriminal qruplaşmalar “amerikalılara fəal şəkildə ziyan vurmağa çalışırlar”.

Sabiq prezident Barak Obama
Sabiq prezident Barak Obama

Sələfinin adını çəkmədən Tramp əvvəlki administrasiyanın iqtisadi təhlükəsizliyi milli təhlükəsizlik kimi qəbul etmədiyini bildirib.

"Liderlərimiz Amerika prinsiplərini axına buraxıb. Onlar Amerikanın taleyi və inamını itirib. Bunun nəticəsi olaraq vətəndaşlarımızı da çox şeyi itirib. Onlar hökumətə etimadını və hətta öz gələcəklərinə etimadlarını itirib. Lakin ötən il dəyişikliklərə start verdi."

Rusiya son illər təxribat və dezinformasiyadan faydalanan yeni müharibə vasitələri yaradıb

Trampın strategiyası onun 2015-ci il iqlim dəyişikliyi sazişindən çıxdığına görə tənqidlərlə üzləşib. Barak Obama administrasiyası bunu milli təhlükəsizlyə hədə kimi qiymətləndiridi. Trampın yardımçıları isə deyir ki, sənəddə ekoloji idarəetmə bir problem olaraq təyin olunub.

Milli təhlükəsizlik müşaviri H.R. Makmaster
Milli təhlükəsizlik müşaviri H.R. Makmaster

Dekabrın 12-də Trampın milli təhlükəsizlik müşaviri H.R. Makmaster demişdi ki, “Rusiya və Çin beynəlxalq nizam və sabitliyi sarsıdır” və “öz qonşularının suveren hüquqlarına və qanunun alililiyi prinsipinə məhəl qoymurlar”.

Makmaster deyib ki, Rusiya son illər təxribat və dezinformasiyadan faydalanan yeni müharibə vasitələri yaradıb. O qeyd etmişdi ki, Moskva kiberalətlərdən istifadə edərək “icmalarımız arasında bölücülük siyasəti yürüdür”.

Makaster Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkisinə əlaqələndirilmiş müdaxiləsinə dair ABŞ kəşfiyyatının gəldiyi nəticələri yada salıb.

Putin və başqa Rusiya rəsmiləri Moskvanın ABŞ seçkisinə müdaxilə etdiyinə dair ittihamları rədd edirlər.

Putinin sözçüsü Dmitri Peskov dekabrın 13-də Makasterin qeydlərini “son dərəcə və tamamilə yanlış” adlandırmışdı.

XS
SM
MD
LG