Accessibility links

Suriyalılar yardımsız qala bilər


Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyması Suriyanın milyonlarla əhalisinin 6 aylıq sərhəd yardım əməliyyatlarını dayandıracaq.

Belçikanın BMT-dəki səfiri Mark Pekstin de Buytsverve deyib ki, məsələ bununla bitməyəcək. O əlavə edib ki, ehtiyac içərisində olan Suriya xalqı üçün bütün tərəflərin konsensus əldə etməsinə çalışacağıq. Səfir vəhdət əldə ediləcəyinə ümidini ifadə edib.

İyunun 10-da müddəti başa çatan qətnamə Türkiyədən Suriyanın şimal-qərb bölgəsinə yardım çatdırılmasını təmin edirdi. İndi 15 üzvlük şura potensial olaraq yardım axınının davamının təmin edilməsi üçün kompromis əldə etməlidir.

Yanvar ayında BMT-nin Təhlükəsizlik Şurası Rusiya və Çinin təzyiqləri altında 4 keçid məntəqəsinin 2-ni bağlamalı olub. Bunlardan biri İraqdan Suriyaya tibbi ləvazımat daşınmasına xidmət edirdi. Digəri isə Suriya ilə İordaniya arasındakı istifadə edilməyən keçid məntəqəsi idi.

COVID-19

Birləşmiş Millətlər Təşkilatı və yardım qrupları İraqdan keçidin COVID-19-a cavab üçün bərpa edilməsini istəsələr də, diplomatlar Rusiyanı mövcud iki sərhəd keçidini saxlamağa inandırmaq üçün hər hansı bir şans olmadığını hiss etdikləri üçün buna təzyiq göstərmədilər. Nəticədə bu strategiya uğursuzluğa düçar oldu.

Suriyada hazırda virusa 372 yoluxma halı qeydə alınıb. 14 nəfər həyatını itirib. Testlər məhdud hallarda həyata keçirilir. Aclıq və səhiyyə yardımları çatışmazlığı ilə virusun əhali arasında geniş yayılma təhlükəsi mövcuddur.

Bundan əlavə 9 ildir münaqişə içərisində olan Suriya maliyyə böhranı qarşısındadır. Ölkənin valyutası kəskin dəyər itirib, qiymətlər artıb, bir çox suriyalı ərzaq qıtlığı ilə üzləşib.

Rusiya

Rusiya Suriyaya yardımların müvəqqəti olmasında israr edərək, vəziyyətin dəyişdiyinə görə buna artıq ehtiyac duyulmadığını bildirir. Rusiya nümayəndəsi Vasiliy Nebenziya Moskvanın yalnız Bab Əl-Həva sərhəd keçid məntəqəsinin açıq saxlanmasını istədiyini detyib. Lakin şura üzvləri və BMT-nin yardım təşkilatları bunun adekvat olmadığını bildirib.

Çin

Rusiyanın yaxın müttəfiqi Çin də qətnaməyə veto qoyub. Diplomatlar Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsinin müzakirəsini təklif edib. Səfir bu məsələni səsvermədən dərhal sonra qaldırıb.

Sanksiyalara toxunan səfir Zhanq Jun deyib ki, bu "məcburi tədbirləri qaldırmadan, nə etsək də, problemi vahid şəkildə həll edə bilməyəcəyik". O, ABŞ-ın ittihamlarını rədd edərək, "suriyalıları öldürən və Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edən, birtərəfli sanksiyalar tətbiq edərkən bu ölkənin riyakar yanaşmasını bir daha nümayiş etdirdiyini" deyib.

ABŞ sanksiyaları

Ötən ay ABŞ Suriya prezidenti Bəşar Əl-Əsəd rejimini dəstəkləyən maliyyə təsisatlarına sanksiya tətbiq edib.

ABŞ-ın siyasi koordinatoru Rodni Hanter deyib ki, ABŞ-ın birtərəfli sanksiyalarında humanitar istisnalar və humanitar azadlıqlar var və onlar Suriya xalqına heç bir şəkildə zərər vermir. O, Suriya xalqına zərər verən və ehtiyac duyduğu köməyi almağa mane olan qüvvələrin Çin Xalq Respublikası və Rusiya Federasiyası tərəfindən kömək edilən Əsəd rejimi olduğunu deyib.

Hanter bu iki ölkənin qətnamə layihəsinə qoyduğu vetonu tənqid edərək, bunu "Suriya xalqının həyatı üzərindən siyasət yürütmək üçün cahil bir cəhd" adlandırıb.

BMT aprel və may aylarında Türkiyə vasitəsi ilə 1.3 milyon suriyalının yardımla təmin edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG