Accessibility links

Rusiya Suriyada 4 hərbçisinin öldüyünü bildirir


Rusiyanın Müdafiə Nazirliyi hərbi qüvvələrin dörd hərbçisinin Suriyanın şimalında "terrorçularla" toqquşma zamanı öldüyünü bildirib.

Nazirliyin bazar günü açıqladığı bəyanata əsasən, ölənlər Deyr Əz-Zor bölgəsində Suriyanın ordu birləşməsində hərbi müşavir kimi çalışırdı.

Rusiya xəbər agentliklərinin yaydığı bəyanatda nazirlik Suriyanın birləşməsindəki hərbi müşavirlərin hadisə yerində öldüyünü bildirib. Bəyanata əsasən, yaralanan iki əsgər isə Rusiyanın hərbi hospitalında ölüb.

Rusiya əsgərləri Suriyada Deyr Əz-Zorda 15 sentyabr, 2017.
Rusiya əsgərləri Suriyada Deyr Əz-Zorda 15 sentyabr, 2017.

Nazirliyin bəyanatında döyüşün nə zaman baş verdiyi qeyd edilmir.

Suriyada İnsan Hüquqlarının Müşahidə qrupu Fransa xəbər agentliyinə çərşənbə günü Deyr Əz-Zor bölgəsindəki Mayadin şəhəri yaxınlığında döyüşdə doqquz rus əsgəri və Suriya hərbi qüvvələrinin 26 əsgərinin öldüyünü bildirib.

Rusiya Müdafiə nazirliyinin bildirdiyinə görə, döyüş zamanı 43 üsyançı qətlə yetirilib.

Müdafiə nazirliyinin bəyanatında göstərilmiş rəqəmlərdən sonra Suriyada ölən rus hərbçilərinin sayı 92-yə çatır.

Rusiya Suriyada prezident Bəşar Əsəd qüvvələrinə əsas üsyançı qrupların geri çəkilməsi, eləcə də İslam Dövləti qrupuna qarşı əməliyyatlarda mühüm hərbi dəstək göstərir. Rusiya və Suriya silahlı müxalif qüvvələri "terrorçular" adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG