Accessibility links

Rusiya xarici işlər naziri Suriya sülh konfransını müdafiə edir


Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, gələn ay Söçidə Rusiyanın başçılığı ilə aparılan danışıqlar Suriya tərəfindən dəstəklənir və BMT-nin vasitəçilik etdiyi sülh prosesi üçün təməl yaradır.

Lavrov bu sözləri Suriya üsyançılarının 40 qrupunun Rusiyanın BMT sülh prosesindən yan keçməyə çalışdığını və Soçi danışıqlarında iştirak etməyəcəklərini elan edəndən sonra deyib.

Üsyançılar deyir ki, Rusiya onların Suriya prezidenti Bəşər Əsədin getməsinə dair tələbindən əl çəkmələrini istəyir.

Üsyançılar deyir ki, danışıqlarda iştirak edən vasitəçi neytral və dürüst olmalıdır. Onlar Suriyanın ən güclü müttəfiqi olan Rusiyanın belə olmadığını bildirir.

Üsyançılar Rusiyanın danışıqlardakı rolunu Soçi danışıqlarının əsas vasitəçilərinin Qazaxıstanda Suriya ilə bağlı sülh müzakirələri keçirməsindən bir həftə sonra rədd edib.

Rusiya danışıqların yanvarın 29-da Soçidə keçirilməsini planlaşdırıb.

BMT-nin vasitəçiliyi ilə Cenevrədə aparılan müzakirələr, habelə Rusiya, Türkiyə və İranın da iştirak etdiyi paralel danışıqlar nəticəsində Suriyada altı ildir davam edən vətəndaş müharibəsinə son qoyulması yolunda çox az irəliləyiş əldə olunub.

XS
SM
MD
LG