Accessibility links

Rusiya Suriya ilə bağlı qətnaməyə veto qoymağı planlaşdırır


Rusiya Suriyadakı vəziyyətlə bağlı BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsinə veto qoymağı planlaşdırır.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin bildirib ki, qətnamə siyasi həllin tapılması istiqamətində hədəfi mürəkkəbləşdirəcək.

Rusiya Təhlükəsizlik Şurasında beş daimi üzvdən biridir. Hər bir üzv qətnaməni qarşısını almaq və ya ona qarşı səs vermək hüququna malikdir. Rusiya Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişəyə dair indiyədək üç qətnaməyə veto qoyub.

Fransa kütləvi insan haqqları pozuntularına yol açan Suriya rəsmiləri və hökumət yönümlü silahlı dəstələrlə bağlı qətnamə lahiyəsi təqdim edib.

Qətnaməyə dəstək kimi 50-dən çox ölkə ona imza atıb.

Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarının pozuntularla bağlı araşdırma aparması üçün Təhlükəsizlik Şurası qətnaməni qəbul etməlidir.
XS
SM
MD
LG