Accessibility links

Türkiyə və Rusiya prezidentləri yaxın gələcəkdə iranlı həmkarları ilə görüşəcək


Türkiyə və Rusiya prezidentləri yaxın gələcəkdə iranlı həmkarları ilə görüşmək barədə razılıq əldə edib.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan bu gün Suriya ilə bağlı artmaqda olan gərginlikləri müzakirə edib. Tərəflər Suriya məsələlərinı dair korridnasiyalı şəkildə hərəkət edilməsi barədə razlığıa gəlib.

Liderlərin telefon söhbəti Suriyada son bir neçə gün ərzində baş verən hadisələrdən sonra baş tutub.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, üç ölkə liderinin mümkün sammitinə toxunulub, amma tarix razılaşdırılmayıb. Məlumatı RIA xəbər agentliyi yayıb.

RIA-nın bildirməsinə görə, liderlər Suriyanın Afrin və İdlib bölgələrindəki durumu da müzakirə ediblər.

Rusiyanın qırıcı təyyarələri keçən həftə sonu müxalif qüvvələrin nəzarətində olan İdlib bölgəsinə hücumlar həyata keçirib. Nəticədə 16 dinc sakin həyatını itirib, məktəblər, xəstəxanalar və marketlər dağılıb.

Hava hücumları Rusiyanın Suxoy Su-25 hərbi təyyarəsinin vurulub salınmasından sonra həyata keçirilib. Suriya üsyançılarının Əl-Qaidə ilə əlaqəsi olan qrupu Saraqeb şəhəri yaxınlığında Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG