Accessibility links

Rusiya Suriyada hərbi mövcudluğunu gücləndirməyə çalışır


Hərbi rəsmilərin bildirdiyinə görə, Rusiya Suriyanın Tartus limanındakı Hərbi Dəniz Donanması bazasını genişləndirməyi və limanda gəmi təmiri işlərini daha da gücləndirmək üçün üzən dok qurmağı planlaşdırır.

Bu addım Rusiya ordusunun Hmeymim hava bazasının uçuş zolaqlarından birini genişləndirməsindən və beləliklə Aralıq dənizinin şərqində hərbi mövcudiyyətini artırmasınan bir neçə həftə sonra atılır. Rusiyanın TASS xəbər agentliyi hərbi rəsmilərə istinadən bildirib ki, üzən dokun gələn il tamamlanması planlaşdırılır.

Qərbin hərbi rəsmilərinin fikrincə, Tartus bazasındakı gəmi təmiri obyektlərini yenilədikdən sonra Rusiyanın donanmasını texniki yoxlanış üçün Qara dənizdəki hərbi təmir bazalarına göndərməsinə ehtiyac qalmayacaq. Tartusdakı limanı Rusiya Suriyanın Bəşər Əl-Əsəd hökumətindən icarəyə götürüb və dörd il əvvəl Rusiya hərbçiləri rəsmi olaraq limanı baza deyil, maddi-texniki dəstək obyekti kimi təqdim edib.

Vəziyyət 2017-ci ildə Rusiyanın Suriyada Əsədə dəstək məqsədilə hərbi kampaniya aparmasından və ona ölkənin üsyançıların nəzarətində olan əksər hissəsini geri almasına yardım etməsindən sonra Suriyanın Moskva ilə əldə etdiyir azılaşmadan sonra dəyişib.

Razılaşma Rusiyaya limandakı müəssisəsindən 49 il pulsuz istifadə etməyə və Kremlə baza üzərind suveren yurisdiksiya ilə təmin edir. Razılaşma eləcə də Rusiyaya keçmiş Sovet İttifaqı xaricində sahib olduğu yeganə hərbi donanmasının yerləşdiyi Tartus limanında nüvə mühərrikli gəmilər də daxil olmaqla, onlarla hərbi gəmi saxlamağa imkan verir.

Tartus və yaxınlıqdakı Latakiya vilayətindəki Hmeymim hərbi hava bazası Əsəd tərəfdarı Rusiyanın hərbi müdaxiləsində əsas nöqtələr idi. Rusiyanın hərbi sözçüsü çərşənbə günü Moskvada keçirilən brifinq zamanı jurnalistlərə deyib ki, Hmeymim bazasından uçan Rusiya döyüş təyyarələri aprelin 23-dən bəri Suriyanın hökumət qüvvələrinə 338 "terrorçu" nu öldürməkdə kömək edib.

XS
SM
MD
LG