Accessibility links

ABŞ Suriya böhranına görə Rusiyanı günahlandırır


Birləşmiş Ştatların ordu generalı Rusiyanı Suriyada və Yaxın Şərqdə qeyri-stabillik toxumu əkməkdə ittiham edib.

ABŞ Mərkəzi Komandanlığının baş generalı Cozef Votel çərşənbə axşamı qanunvericilərə Moskvanın BMT-nin Suriyadakı atəşkəs planını dəstəkləmədiyini deyib. “Mən Rusiyanın Suriyadakı münaqişənin sona çatdırılmasıni və ya bu sahədə hansısa rol oynamaq istəmədiyini düşünürəm. Mənim fikrimcə o, bu məsələdə son dərəcə dağıdıcı rol oynayır" deyə, general bildirib.

Birləşmiş Ştatlar və Rusiya Suriya münaqişəsi ilə bağlı mövqeləri müxtəlifdir. Belə ki, Moskva prezident Bəşar Əl-Əsəd hökumətini, Birləşmiş Ştatlar isə bu yaxınlara qədər İslam Dövləti terrorçu qrupunun məhvi diqqət mərkəzində olan Suriya Demokratik Qüvvələri və üsyançı qrupları dəstəkləyir.

General Cozef Votel, həmçinin Rusiyanı Suriyanın şərqindəki Quta bölgəsində elan etdiyi “humanitar fasilə”yə əməl etməməkdə ittiham edib. Bu bölgədə qlsamüddətli fasilədən sonra baş qaldıran döyüşlər nəticəsində 6 mülki vətəndaş həlak olub.

Rusiya rəsmiləri isə öz növbəsində döyüşlərin bərpasında üsyançı qruplaşmaları günahlandırır. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti Moskvanı ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG