Rusiya Suriyada ABŞ-ın hücumları nəticəsində 5 vətəndaşının həlak olduğunu təsdiq edib. Fevralın 7-də həyata keçirilən hava zərbələrindən sonra onlarla muzdlu əsgərin öldürüldüyü barədə xəbərlər yayılmışdı.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücum nəticəsində həlak olanların ordu üzvü olmadığını bəyan edib.
Bizə atəş açan tankı müəyyən etdikdən sonra özünü-müdafiə tədbirləri gördük.General-Leytenant Ceffri Harrigian, ABŞ
İndiyədək nə Rusiya, nə də ABŞ itkilərlə bağlı dəqiq məlumata malik olmadığını bildirirdi.
Əsəd rejiminə dəstək verən Rusiya ordusundan əlavə minlərlə insanın müzdlu əsgər kimi döyüşdüyü bildirilir. Rusiyanın döyüşçülərinin ölüm sayını aşağı saxlamağa çalışaraq reaksiyaları önlədiyi də iddia edilir.
"Bizə atəş açan tankı müəyyən etdikdən sonra özünü-müdafiə tədbirləri gördük," deyə ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri General-Leytenant Ceffri Harrigian Deir əs-Zur bölgəsində baş verən insidenti təsvir edib.
İçərisində rus muzdluların olduğu deyilən Bəşar əl-Əsədə yaxın qüvvələrin hücumundan qorunmaq üçün koalisiya qüvvələri dronlardan və B-52 bombardmançı təyyarələrindən istifadə ediblər.
Rusiya mediasında dolaşan məlumatlara əsasən ABŞ zərbələri nəticəsində azı 100 rejim tərəfdarı olan əsgər öldürülüb.
Koalisiya öz cavabını "müdafiə tədbiri" kimi əsaslandırıb.