Accessibility links

Rusiyanın qırıcı təyyarəsi Suriyada üsyançıların təlim düşərgələrini vurub


Rusiyanın qırıcı təyyarəsi Suriyanın şimal-qərbində, Türkiyə sərhədi yaxınlığında üsyançıların təlim düşərgələrini vurub. Belə ki, şahidlər və üsyançı mənbələrin bildirdiyinə görə, Suriya qüvvələri bölgədəki bir xəstəxanaya hücumda 7 mülki vətəndaşı öldürüb və 14 tibb işçisini yaralayıb.

Mənbələr Rusiyanın Qah qəsəbəsinə yer-yer raketi ilə zərbə endirərkən, Rusiya Türkiyə ilə sərhəd boyunca sıx məskunlaşan qaçqın düşərgələrinə hava zərbələri endirib. İdlib vilayətinin Sarmada şəhəri yaxınlığında qaz qurğusu vurulub, lakin tələfat barədə məlumat verilməyib.

Türkiyənin Müdafiə Nazirliyi Suriya hökumət qüvvələri tərəfindən atılan raketin Qah və Sarmada yaxınlığında yük maşınlarının treyler parkını vurduğunu, 7 mülki vətəndaşı yaraladığını bildirib.

Nazirliyin bəyanatında Rusiyaya hücumların dərhal dayandırılmasına dair tələb göndərildiyi və Türkiyənin hərbi birləşmələrinin xəbərdar edildiyi bildirilib.

Moskva buna dair şərh verməyib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG