Accessibility links

Rusiya Suriyanı vəd etdiyi gəmi əleyhinə raketlərlə təmin edəcəyini bildirib


İsrail ehtiyat edir ki, Hizbullah yaraqlı qrupu P-800 Yaxont adlı raketləri ələ keçirərək, İsrail gəmilərini təhlükə altında qoyacaq

Rusiya İsrail və ABŞ-ın etirazlarına baxmayaraq, Suriyanı vəd etdiyi gəmi əleyhinə raketlərlə təmin edəcəyini bildirib. Pentaqondakı görüşdə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov ABŞ müdafiə naziri Robert Qeytsə deyib ki, Rusiya Suriya ilə 2007-ci il müqaviləsinə əməl edəcək. Serdukov deyib ki, o, ABŞ və İsrailin rakietlərin terrorçuların əllərinə keçə biləcəyinə dair narahatlıqları ilə razılaşmır. İsrail ehtiyat edir ki, Livanda yaraqlı qrup Hizbullah P-800 Yaxont adlı raketləri ələ keçirərək, İsrail gəmilərini təhlükə altında qoyacaq.

XS
SM
MD
LG