Accessibility links

Sergey Lavrov: Suriyanın ərazi bütövlüyü qorunmalıdır


Çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ordusunun Suriyaya daxil olmağa hazır olduğunu deyib və əlavə edib ki, Suriyanın ərazi bütövlüyü qorunmalıdır.

Birləşmiş Ştatlar ordusunun Suriyanı gözlənilmədən tərk etməsindən sonra Qazaxıstanda səfərdə olan Lavrov müxbirlərə ABŞ-ın regionda hərəkətlərinin bir-birinə zidd olduğunu deyib və Dəməşqlə Suriya kürdlərinin dərhal dialoqa başlamalı olduqları barədə xəbərdarlıq edib.

Türkiyə çərşənbə axşamı bildirib ki, Suriyanın şimal-şərqində hərbi əməliyyata hazırlıq işlərini tamamlayıb. Ankaranın bu açıqlaması ABŞ-ın qoşunlarını ərazidən çıxarmağa başlamasından sonraya təsadüf edir ki, belə bir addım uzun müddət Vaşinqtonla müttəfiq olan kürd qüvvələrə qarşı əməliyyatlara zəmin yaradıb.

Səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı olan haubitsalar Akçakaledə sərhədin Türkiyə tərəfindəki baryerlərin arxasında yerləşdirilərək Suriyaya tərəf yönləndirilib. Raket atıcıları və digər artilleriya silahları başqa bir sərhəd şəhəri olan Suruc bazalarına tərəf yönləndirilib.

XS
SM
MD
LG