Türkiyə və Rusiya Suriyanın şimal-şərq sərhədində cümə günü birgə patrul xidmətinə başlayıb.
Patrullar Türkiyənin Suriyadakı əməliyyat bölgəsinin qərbində və şərqində, dərinliyi 10 kilometr olan iki hissədə keşik çəkəcək. Türk qoşunları və müttəfiqi suriyalı müxalifət döyüşçüləri hazırda sərhəddəki Tal Abyad, Ras əl-Ayn və yaxınlıqdakı kəndlərə nəzarət edir. Çərşənbə axşamı nazirliyin açıqladığı bəyanata görə, patrulluq Qamışlı şəhərini istisna edir.
Türkiyənin müdafiə nazirliyi cümə günü Tweeter səhifəsində Türkiyə və Rusiya qoşunlarının Əl-Dərbasiyah bölgəsində patrulluğa zirehli maşınlar və dronlarla başladığını yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan cümə günündən etibarən Türkiyə ilə Rusiya qüvvələrinin Suriyanın şimal-şərq bölgəsində birgə hərbi patrula başlayacağını bəyan etmişdi.
Bu addım Suriyanın kürd döyüşçülərinin bölgəni tərk etməsinə dair iki ölkə arasında əldə edilən razılığa əsasən atılır.
Ankara və Moskva hərbi qüvvələrini sərhədə Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) əsas qolu olan Suriyanın kürd YPG döyüşçülərinin Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsindən sonra yerləşdirib.