Accessibility links

Rusiya Türkiyə-Suriya sərhədinə əlavə 300 hərbi polis göndərib


Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin Suriyanın şimal-şərqində hərbi əməliyyatları dayandırdıqdan sonra Ankara və Moskva arasında razılığa əsasən cümə günü Rusiya Suriyaya əlavə 300 hərbi polis göndərib.

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə edilən razılaşmaya əsasən kürdlərin YPG qüvvələri keçən çərşənbə gününədək sərhəddən 30 kilometr geri çəkilməli, Rusiya hərbi qüvvələri və Suriyanın sərhəd keşikçiləri həmin ərazilərə yerləşməli idi.

Nazirlikdən İnterfaks xəbər agentliyinə verilən məlumata görə, kürd döyüşçülərinin Suriya-Türkiyə sərhəddindən çəkildiyi ərazilərdə patrul xidmətinə yardımı Rusiyanın cənub bölgəsi Çeçenistandan olan hərbi polis göstərəcək.

Ankara 1984-cü ildən bəri YPG-ni Türkiyənin cənub-şərqində üsyançı kürdlərlə əlaqədə olan terrorçu qrup kimi tanıyır.

Moskvanın Ankara ilə son anlaşması NATO müttəfiqi olan Türkiyənin ABŞ-la münasibətlərinin soyuqlaşdığı vaxta təsadüf edir.

Birləşmiş Ştatların müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hücumunun `əsassız` olduğunu və Ankaranın `təhlükəsiz bölgə`nin patrul məsələsinin Rusiya ilə razılığından sonra Ankaranın `səhv istiqamətə doğru getdiyini` deyib.

"Türkiyə bizi çox pis vəziyyətə saldı" deyə, Esper Brüsseldə keçiriləcək NATO toplantısından əvvəl Vaşinqtonda qərargahlanan Alman Marşall Fondunda danışarkən bildirib.

Keçən həftə Türkiyənin Suriyanın şimalındakı kürd qüvvələrini çıxarmaq üçün bölgəyə hücum etdikdən sonra Birləşmiş Ştatlar bölgədə atəşkəs əldə edilməsinə vasitəçilik etdi.

Əsgərlərini regiondan çıxaran ABŞ onların çoxunu İraqa göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG