Accessibility links

Rusiya: Türkiyəyə S-400 raketlərinin çatdırılması 2019-cu ildə başlayır


Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexpor təkmilləşdirilmiş S-400 raket sistemlərinin Türkiyəyə 2019-cu ildə çatdırılacağını bildirib. Ankaranın Rusiyadan S-400 raket sistemi alması Türkiyə və ABŞ arasında münasibətlərdə gərginliyə səbəb olan əsas məsələlərdən biridir.

Bu açıqlama Türkiyənin milli valyutası lirənin qiymətdən düşdüyü və Ankaranın Vaşinqtonla münasibətlərdə son illərdə ən ciddi gərginliyin yarandığı vaxta təsadüf edir.

İki ölkə arasında mübahisənin kəskinləşməsi Türkiyə iqtisadiyyatında böhranı daha da pisləşdirib.

Türkiyə valyutası ABŞ dollarına nisbətdə dəyərini 40 faiz itirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə valyutasının kəskin aşağı düşməsilə ilə əlaqədar yaranmış böhranı Türkiyə iqtisadiyyatına hücum kimi qiymətləndirib.

ABŞ rəsmiləri bildirir ki, Türkiyənin F-35 təyyarələrinin Avropa üzərində uçduğu zaman Rusiyanın S-400 tipli müdafiə sistemi yerləşdirməsi Moskvaya təyyarədə istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə bilər.

ABŞ prezidenti Donald Tramp keçən həftə müdafiə xərclərinə dair imzaladığı qanunda F-35 qırıcılarının satışının ləngidilməsini nəzərdə tutulur.

ABŞ qanunvericiləri Türkiyənin Amerika istehsalı deyil, Rusiyadan raket müdafiə sistemi alması haqda təəhhüdünə görə Ankaraya F-35 döyüş təyyarələrininin satışını blok etməsinə çalışır.

XS
SM
MD
LG