Accessibility links

Suriya-Türkiyə sərhədində Rusiyanın 3 hərbi polis əməkdaşı yaralanıb


RİA xəbər agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında əldəqayırma bomba partlayışı nəticəsində Rusiyanın 3 hərbi polis əməkdaşı yaralanıb.

Nazirliyin məlumatında bomba hücumun Suriyanın şimal Hələb əyalətinin Kobani şəhəri yaxınlığında həyata keçirildiyi və hərbiçilərin həyatlarının təhlükədə olmadığı deyilib.

Rusiya və Türkiyə dövlət başçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılığa əsasən Rusiya və Türkiyə Suriyanın Türkiyə ilə sərhədi boyunca birgə patrul xidməti keçirir.

Suriya hökumətinin müttəfiq olan Moskva Dəməşqə ölkənin bəzi bölgələrini üsyançılardan geri almağa kömək etmək üçün 2015-ci ildə Suriyada hərbi hava kampaniyasına başlasa da, həmin bölgələrdə öz gücündən quruda istifadəni məhdudlaşdırmağa çalışıb.

Lakin Suriyanın kürd döyüşçülərinin bölgəni tərk etməsinə dair Türkiyə ilə Rusiya arasında əldə edilən razılığa əsasən Rusiya öz qüvvələrini Suriya sərhədinə yerləşdirməli olub.

XS
SM
MD
LG