Accessibility links

Rusiyada 2 həkim müəmmalı şəkildə pəncərədən düşərək ölüb, 3-cü həkim reanimasiyadadır


Rusiyada müəmmalı şəkildə xəstəxana pəncərələrindən düşən iki həkim ölüb, biri isə ağır vəziyyətdə reanimasiya şöbəsindədir.

Keçən həftə baş vermiş faciəli hadisələr Rusiya mediasında baş xəbərlərə çevrilib. Medianın yazdığına görə, hər üç həkim koronavirus pandemiyası dövründə iş şəraiti ilə əlaqədar rəhbərlərinin təzyiqinə məruz qalıb.

Son zamanlar bütün Rusiya boyu səhiyyə işçiləri qoruyucu vasitələrin çatışmazlığı və yoluxmaya şübhəli nəzarət prosedurlarının onlarla xəstəxananın virus ocağına çevirməsindən, yüzlərlə həkim və tibb bacısının xəstələnməsindən şikayət edib. Şikayətlərini ictimaiyyətə açıqladığı üçün bir çoxlarının işdən çıxarılmaq və ya mühakimə olunmaqla təhdid edildiyi bildirilib.

Moskvadan 500 kilometr cənubdakı Voronej bölgəsində təcili yardım həkimi Aleksandr Şulepov şənbə günü səhər tezdən COVID-19 üçün müalicə aldığı xəstəxananın pəncərəsındən düşərək, bir neçə qabırğasını sındırıb və kəllə sümüyünü zədələyib.

Koronavirusa yoluxan 37 yaşlı Şulepov xəstəxanaya qəzadan bir həftə əvvəl yerləşdirilib. Həmin gün həmkarı Aleksander Kosyakin sosial şəbəkələrdə özünün və Şulepovun qoruyucu vasitələrin çatışmazlığından şikayət etdiyi bir video yayımlamışdı. Videoda Şulepov COVID-19 diaqnozu qoyulmasına baxmayaraq, növbədə işini bitirməsinə rməcbur edildiyini deyib.

Beş gün sonra yerli səhiyyə rəsmiləri Şulepovun şikayətini geri götürdüyünü və həmin an emosional vəziyyətdə olduğunu dediyi videonu sosial mediada paylaşıb.

Aprelin 25-də Sibirin qərbindəki Krasnoyarsk şəhərindəki bir xəstəxananın müdiri vəzifəsini icra edən doktor Yelena Nepomnyaşsaya beşinci mərtəbədəki ofisinin pəncərəsindən düşüb. Yerli media anonim mənbələrə istinadən faciənin bölgənın səhiyyə işçiləri ilə telefon konfransından dərhal sonra baş verdiyini bildirib.

Nepomnyaşsayanın pəncərədən düşməsindən bir gün əvvəl, aprelin 24-də Moskvadakı bir xəstəxananın pəncərəsindən daha bir həkim düşərək ölümcül. Aprel ayının sonlarında onlarla koronavirus hadisəsi barədə Moskva yaxınlığındakı Zvyozdnaya şəhərinin təcili yardım stansiyasında işləyən doktor Natalya Lebedeva faciədən əvvəl şəhərdə onlarla koronavirus halı barədə xəbərdarlıq edib. O, COVID-19 xəstəliyi şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilmişdi.

XS
SM
MD
LG