Accessibility links

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir


Nikolay Patruşev
Nikolay Patruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, səfər zamanı Azərbaycanla Rusiya arasında təhlükəzilik məsələlərinə dair məsləhətləşmələr aparılacaq.

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq", Rusiya Təhlükəzilik Şurasının press-relizində bildirilir.

Keçmiş daxili işlər naziri Ramil Usubov bu ilin iyulunda Azərbaycan Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bu, Usubovun Rusiya Təhlükəsizlik Şurasının katibi ilə ilk görüşüdür.

Nikolay Patruşev bundan öncə bu il iyunun 18-də Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə edib, daimi informasiya mübadiləsi, iki dövlətin Təhlükəsizlik şuraları, hüquq-mühafizə və xüsusi xidmət orqanları ekspertləri səviyyəsində məsləhətləşlmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.

XS
SM
MD
LG