Rusiyanın sərnişin təyyarəsi cümə axşamı Sibir bölgəsində məcburi eniş edərkən qəzaya uğrayaraq, yanmağa başlayıb. Azı 2 ekipaj üzvünün öldüyü, 9 nəfərin yaralandığı deyilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, eniş xəttinə çox böyük sürətlə enən təyyarə kiçik binaya dəyib və yanğın bundan sonra başlayıb.
Nazirlik Rusiyanın Buryatiya respublikasının Nijnianqarsk şəhərinin aeroportuna məcburi eniş edərkən 24 oturacağı olan təyyarədə 47 sərnişinin olduğunu bildirib.
Media xəbərlərində təyyarənin Rusiyanın regional Anqara Hava Yolları şirkəti tərəfindən idarə olunduğu və qəza ilə bağlı təhqiqat aparılacağı deyilib.