Accessibility links

Rusiya təyyarəsinin dağıntıları tapılıb


Axtarış-xilasetmə qrupları Rusiyanın Uzaq Şərq bölgəsi Kamçatkada 6 iyul tarixində göyərtəsində 28 nəfərlə itən An-26 təyyarəsinin qalıqlarını tapıb. Bu barədə ölkə rəsmiləri xəbər verib.

Dövlət aviasiya agentliyi qalıqların Oxot dənizi sahilində, təyyarərinin enməli olduğu aeroportun eniş zolağından 5 kilometr aralıda tapıldığını bildirib.

TASS xəbər agentliyi adı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, təyyarədəki 22 sərnişin və 6heyət üzvü arasında sağ qalan yoxdur.

Regional paytaxt Petropavlovsk-Kamçatskidən Palana uçan təyyarə ilə əlaqə eniş etməyə çalışarkən itib.

Təyyarə Kamçatka Aviasia Müəssisəsi adlı şirkətə məxsusdur. 1982-ci ildən istismardadır. Şirkətin direktoru Aleksey Xabarov İnterfaks xəbər agentliyinə bildirib ki, təyyarə texniki cəhətdən sağlam olub.

Yerli rəsmilər sərnişinlərin çoxunun Palanadan olduğunu xəbər verib. Onlar arasında dörd yerli hökumət məmuru və şəhərin rəhbəri Olqa Moxiryovanın da olduğu bildirilib.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, hələ 2012-ci ildə də Kamçatka Aviasiya Müəssisəsinə məxsus Antonov An-28 təyyarəsi Petropavlovsk-Kamçatskidən uçaraq Palanaya eniş etməyə çalışarkən dağa çırpılıb. Nəticədə 14 nəfərdən 10-nu həyatını itirib. Ölənlər arasında olan hər 2 pilotun qanında spirt aşkarlanıb.

XS
SM
MD
LG