Accessibility links

Rusiya Orta Asiya müttəfiqləri Tacikistan və Özbəkistanla kütləvi hərbi təlimlərə başlayır


Rusiya Orta Asiya müttəfiqləri Tacikistan və Özbəkistanla kütləvi hərbi təlimlərə başlayır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Rusiya Orta Asiya müttəfiqləri Tacikistan və Özbəkistanla kütləvi hərbi təlimlərə başlayır

Rusiya bu həftə Tacikistanın Əfqanıstanla sərhədində Orta Asiya müttəfiqləri Tacikistan və Özbəkistanla kütləvi hərbi təlimlərə başlayır. Təlimlər ABŞ-ın Əfqanıstandan çıxması və Əfqanıstandakı Talibanın əraziləri sürətli ələ keçirməsi fonunda baş verir.

ABŞ-ın Əfqanıstandan geri çəkilməsini yekunlaşdırdıqdan sonra Rusiya bölgəyə ikili yanaşma tətbiq edir. Bir tərəfdən diplomatiya - Rusiya Xarici İşlər Nazirliyi nüfuzunu artırmaq üçün Taliban nümayəndələri ilə danışıqlar aparır.

Digər tərəfdən güc nümayişi. Analitiklər deyirlər ki, Rusiya ordusu Orta Asiya müttəfiqləri ilə birlikdə böhranla üzləşə bilər. Novaya Gazeta-dan tətlilçi Pavel Fekgenhauer "Amerikalıların çıxması yaxşıdır, eyni zamanda amerikalıların çıxması pisdir. Bu, bir fürsətdir və Rusiyanın maraqları üçün çox ciddi bir təhdiddir."

Kreml döyüşlərin yenilənməsinin ənənəvi olaraq Moskvanın təsiri altında olan Orta Asiyanın sabitliyinə təsir etməsindən açıq şəkildə narahatdır.

Lakin müşahidəçilər ordunun sərhədə axın edən on minlərlə qaçqının qarşısını almaq üçün hazır olmadığı və İslamçı ekstremizmin yoxsulluq içində və korrupsiya ilə tanınan zəif, avtokratik hökumətləri olan regionda yayılmaq qorxusu barədə xəbərdarlıq edir. Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutundan Aleksey Malaşenko "Ekstremistlərə qarşı tanklar mənasızdır. Onlar yalnız Rusiyanın bölgədəki siyasi gücünün həmişə olduğunu və həmişə də olacağını göstərmək üçündür. Lakin fərqli və daha mübahisəli bir məsələ var - hakimiyyətə hansı Talibanın gələ bilər?"

Rusiyanın Tacikistanda Əfqanıstanla sərhəd yaxınlığında çoxdan böyük bazası yerləşir. Moskva lazım olduğu təqdirdə kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində müttəfiqlərinə yardım etməyə hazır olduğunu deyib.

Rusiya Talibanı rəsmi olaraq hələ də terror təşkilatı hesab edir. Lakin 1980-ci illərdə on illərlə sürən müharibədən sonra Əfqanıstanı tərk etməsi Kremlin yenidən hərbi mövcudluğunu bərpa edəcəyini düşünnlərin sayı çox azdır.

Lakin Əfqanıstan məsələsinə məhəl qoymamaq da mümkün deyil. “Rusiyanın itirəcəyi çox şey var. Amerika Əfqanıstandan çıxa və bunu pis bir yuxu kimi unuda bilər. Onlar bunu edə bilər. Rusiya isə edə bilməz" - deyə, Pavel Fekgenhauer bildirir.

Amerikanın Əfqanıstandakı rolu sona çatanda bəziləri Moskvada ABŞ-ınSovet dərsini öyrənmək məcburiyyətində qaldığını deyib. Lakin yerlərdə sürətlə dəyişən şərtlər gələcəkdə nə olacağına dair heç bir zəmanət vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG