Accessibility links

Moskva Əfqanıstan böhranının müzakirəsi üçün Talibanın da iştirak etdiyi toplantıya ev sahibliyi edir


Rusiya Taliban hökumətinin Əfqanıstanda milli təhlükəsizliyi və siyasi vəziyyəti yaxşılaşdırmaq səylərini alqışlasa da, müharibə şəraitində olan ölkədə sülh əldə etmək üçün İslamçı qrupun idarəetməsində inklüzivliyi təmin etməsinin vacibliyini vurğulayıb.

Xarici işlər naziri Sergey Lavrov bunu çərşənbə günü Əfqanıstandakı böhranı müzakirə etmək üçün Talibanın, Çin, Pakistan, İran və Hindistan da daxil olmaqla, 10 ölkədən olan nümayəndə heyəti ilə beynəlxalq toplantıda deyib.

"[Kabildə] hakimiyyətə yeni bir administrasiya gəlib. Hərbi və siyasi vəziyyəti sabitləşdirmək və dövlət aparatını qurmaq üçün göstərdikləri səyləri görürük" - deyə, Lavrov bildirib.

"Biz onun uğurlu həll formulunu ölkənin yalnız etnik deyil, həm də siyasi qüvvələrinin hamısının maraqlarını tam şəkildə əks etdirən, həqiqətən də əhatəli bir hökumətin qurulmasında görürük", Lavrov əlavə edib.

Lavrov Moskvanın Əfqanıstanda humanitar fəlakətin qarşısını almaq üçün Kabilə təsirli maliyyə, iqtisadi və humanitar yardım göstərmək üçün qlobal səyləri səfərbər etməyin vaxtının gəldiyini düşündüyünü deyib.

Taliban Baş nazirinin müavini Əbdül Salam Hənəfi toplantıda çıxış edərkən dünya ictimaiyyətini Kabilin yeni hökumətini tanımağa çağırıb və yenidən ABŞ-dan Əfqanıstanın Mərkəzi Bankdakı təxminən 10 milyard dollarlıq vəsaitin donunu açmasını tələb edib.

Taliban sözçüsü Zabihulla Mücahidin mətbuata paylaşdığı şərhdə deyilib ki, Talibanın yüksək səviyyəli rəsmisi müvəqqəti hökumətin "artıq əhatəli" olduğunu və təzyiq altında heç bir razılaşmanı qəbul etməyəcəyini deyib.

Lavrov Moskva görüşü ərəfəsində qrupun insan haqları ilə bağlı "gözləntiləri" doğrultmasının zəruriliyini vurğulayaraq, müzakirələrin Talibanın tanınması məsələsini əhatə etməyəcəyini açıq şəkildə bildirmişdi.

Taliban ölkənin nəzarətini ələ keçirəndən sonra Vaşinqton Əfqanıstanın ABŞ-ın federal ehtiyat bürosunda saxlanılan milyardlarla dollar aktivini dondurub.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Talibanın hakimiyyəti altında insan hüquqları ilə bağlı narahatlıqlarını səbəb göstərərək, inkişaf üçün maddi yardımı dayandırıb.

Dünya Bankının bildirdiyinə görə, ABŞ-ın başçılıq etdiyi qüvvələrin və bir çox beynəlxalq donorların ölkədən çıxması Əfqanıstanı ictimai xərclərin 75 faizini maliyələşdirən qrantlardan məhrum edib. Bu isə Talibanın hökumət işçilərinin maaşlarını ödəməsini çətinləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG