Accessibility links

Rusiya Taliban və Əfqanıstan siyasətçilərinin görüşünə ev sahibliyi edəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov Taliban qrupunun nümayəndə heyətinin üzvü Alhac Məhəmməd Soheyl Şayna ilə Əfqanıstana dair danışıqlar zamanı görüşür, 9 noyab, 2018.

Əfqanıstanın aparıcı müxalif siyasətçiləri və Taliban üsyançılarının nümayəndələri hər gün tələfatlara səbəb olan Əfqanıstan müharibəsinin sona çatıdrılmasına dair müzakirələr aparmaq üçün çərşənbə günü Rusiyada görüşəcək.

Əfqanıstan konfransı Birləşmiş Ştatlar və Taliban arasında birbaşa sülh danışıqlarının üsyançıların bütün hərbi əməliyyatları ABŞ-ın başçılığı ilə beynəlxalq qüvvələr bütünlüklə Əfqanıstandan çıxarılmayana qədər dayandırmaqdan imtina etməsi ilə bağlı aylardır yavaşımadan sonra keçirilir.

Vaşinqton hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasını Taliban tərəfindən əks-terror əməliyyatlarının dayandırılması, hərtərəfli atəşkəs və üsyançı qrupun düşmənçiliyə son qoyulması üçün Əfqanıstan hökuməti və digər qruplarla sülh dialoqunda iştirakına dair qarantiyalarla əlaqələndirir.

Taliban qrupunun nümayəndə heyətinin üzvləri Moskvada Əfqanıstan konfransında, 6 fevral, 2019.
Taliban qrupunun nümayəndə heyətinin üzvləri Moskvada Əfqanıstan konfransında, 6 fevral, 2019.

Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, çərşənbə günü sülh danışıqlarından öncə Taliban nümayndələri və Əfqanıstan siyasətçiləri Moskva və Kabil arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə çərşənbə axşamı günü keçiriləcək tədbirə qatılacaq. Xarici işlər naziri Sergey Lavrovun tədbir iştirakçılarını salamlayaraq nitq söyləyəcəyi bildirilir.

Tədbirə qatılanlar arasında Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai və Əfqanıstanın Sülh Şurasının rəhbəri Məhəmməd Kərim Xəlili də olacaqlar. Sülh Şurası qarşısında əsas vəzifə silahlı qruplar arasında barışığın əldə edilməsinə nail olmaqdan ibarətdir.

Taliban sözçüsünün bildirdiyinə görə, qərargahı Qətərdə yerləşən qrupun Moskvada keçiriləcək görüşdə iştirak etmək üçün 14 nəfərdən ibarət nümayəndə heyətinə Molla Əbdül Qəni Baradar başçılıq edəcək.

Bu, Talibanın yüksək səviyyəli rəsmiləri və Əfqanıstan müxalifətinin nümayəndələrinin Rusiyada keçirəcəyi ikinci görüş olacaq. Bu ilin fevral ayında keçirilən ilk görüşdə üsyançıların etirazlarına görə Əfqanıstan hökumətinin nümayəndələri iştirak etməmişdi.

Rusiya regionda artan nüfuzu və Taliban qrupu ilə kontaktlarından istifadə edərək, son zamanlar Əfqanıstanda müharibəyə son qoyulması üçün diplomatik səylərini artırıb. Rusiya, Birləşmiş Ştatlar və Çin keçən ay keçirilən görüşdə üç ölkənin ABŞ-ın Talibanla müzakirə etdiyi sülh razılaşmasının planı üzrə razılıq əldə etdiyini bildirib. Razılığın detalları ilə bağlı məlumat verilməyib.

XS
SM
MD
LG