Accessibility links

Rusiya Talibandan İŞİD əleyhinə istifadə etmək istəyir


Rusiya Əfqanıstanın Taliban yaraqlı qrupu ilə diplomatik əlaqələrini artırır. Mərkəzi Asiyada İŞİD-ə müqavimət göstərmək üçün Moskva bir zamanlar işğal etdiyi Əfqanıstanda nüfuzunu artırmaq istəyir.

“Bizim Talibanla məlumat mübadiləsi kanallarımız var”- deyə Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Interfax xəbər agentliyinə bildirib. O deyib ki, Talibanın maraqları bizim maraqlarımızla üst-üstə düşür.

Bizim Talibanla məlumat mübadiləsi kanallarımız var

Təhliçilər isə Rusiyanın ikili oyun oynadığını deyir. Sovet qüvvələrinin 20 ildən artıq Əfqanıstanı tərk etməsindən sonra Rusiya Talibanla mübarizə aparan bu ölkəyə hərbi və iqtisadi dəstəyini artırıb.

Rusiyanın hərbi yardımlarına 10 min Kalaşnikov tüfəngi və milyonlarla digər hərbi sursat daxildir.

Pakistanın ingilisdilli “The Nation” qəzeti yazıb ki, Taliban lideri Molla Axtar Mənsur prezident Putinlə gizli görüş keçirib. Görüş zamanı Talibanın İŞİD-lə mübarizəsi məsələsi müzakirə edilib.

Amerikanın Səsi bu məlumatı təsdiq edə bilməyib. Talibanın bəyanatında isə deyilib ki, İŞİD-lə mübarizədə heç kimin dəstəyinə ehtiyac duyulmur.

Rusiya mətbuatında İŞİD sıralarına qoşulanların öz vətənlərində terror aksiyalarında iştirak edə biləcəyi barədə xəbərdarlıq yayılıb.

“Rusiyanı Mərkəzi Asiyada vəziyyətin ağırlaşacağı və onun Mərkəzi Asiyadakı müttəfiqlərinin terrorizmlə mübarizə səylərinə qoşulmağa məcbur olacağı narahat edir” - deyə Rusiya üzrə təhlilçi Stefen Blank bildirib

Kabilin prezident aparatının adının açıqlanmasını istəməyən məsləhətçisi Rusiya da daxil edilməklə, Əfqanıstanın qonşularının Talibanla əlaqə saxladığını deyib.

O, Özbəkistanın Talibana yaxınlaşmayan yeganə ölkə və Tacikistanın Rusiya ilə Taliban arasında əsas vasitəçi olduğunu bildirib.

Rusiyanı Mərkəzi Asiyada vəziyyətin ağırlaşacağı və onun Mərkəzi Asiyadakı müttəfiqlərinin terrorizmlə mübarizə səylərinə qoşulmağa məcbur olacağı narahat edir

Talibanın Rusiyadan hərbi və ya maddi dəstək aldığını söyləmək çətindir. Lakin qrup beynəlxalq miqyasda tanınmasına çalışır.

Taliban terrorizmin qonşu ölkələrə yayılmasını istəmədiyini bəyan edib.

Moskva isə Tacikistanın Əfqanıstandakı sərhəd bölgəsində anti-terrorizm təlimləri adlandırdığı hərbi manevrləri davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG