Accessibility links

Rusiya təhqiqatı çərçivəsində ilk hökm çıxarılıb


Aleks van der Zvaan Vaşinqtonda Federal Dairə Məhkəməsini tərk edir, 3 aprel, 2018.
Aleks van der Zvaan Vaşinqtonda Federal Dairə Məhkəməsini tərk edir, 3 aprel, 2018.

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin başçılıq etdiyi təhqiqat çərçivəsində Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı ilk hökm çıxarılıb.

Trampın kampaniyasının keçmiş meneceri Pol Manafortla bağlı Federal Təhqiqat Bürosuna yalan ifadə vermiş Niderland vətəndaşı Aleks van der Zvaan 30 gün müddətində həbsə məhkum olub. Onun həmçinin 20 min dollar məbləğində cərimə ödəməsi haqda qərar çıxarılıb.

Aleks van der Zvaanın işi xüsusi prokuror Müllerin təhqiqatına yalan söyləyən digər şəxslərlə bağlı çıxarıla bilən qərarlar üçün nümunə kimi götürülə bilər. Onların arasında Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri və Trampın xarici siyasət məsələləri üzrə keçmiş yardımçısı da var.

ABŞ-ın xüsusi prokuroru Robert Müller
ABŞ-ın xüsusi prokuroru Robert Müller

Van der Zvaan altı ay müddətinə qədər həbs cəzası ala bilərdi. Onun vəkilləri onun cəriməni ödəyib, ölkəni tərk etməsinə çalışırdı. Lakin ABŞ-ın Kolumbiya mahalının hakimi Emi Berman Cekson başqalarının təhqiqata yalan ifadə verməsinin qarşısını almaq məqsədilə onun həbs cəzasını çəkməsinin zəruri olduğunu bildirib.

Van der Zvaanın işi Müllerin təhqiqatının əsas diqqət mərkəzində olan Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi ilə birbaşa bağlı deyil. Lakin burada hökumətin Manaforta qarşı qaldırdığı iddianın yeni detalları, eyni zamanda, Trampın Rik Geyts kimi yüksək səviyyəli müşavirləri və Rusiya arasında əvvəlcədən açıqlanmayan əlaqələrin təfərrüatları məlum olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG