Accessibility links

Rusiya televiziyasının NATO-nun müdafiə xərclərini ikiqat artırdığına dair iddiası həqiqətə uyğun deyil


May ayının 3-də Rusiyanın siyasi tok-şousu “60 Dəqiqə”də Estoniyanın NATO qüvvələri ilə hərbi təlimlərindən bəhs edilib. Aprelin 29-dan martın 10-dək davam edən təlimlər barədə aparıcı Olqa Skabeyeva deyib ki, Sank-Peterbuqdan iki saatlıq məsədə 9 min əsgərin iştirakı ilə təlimlər keçirilir. Digər aparıcı Yevgeni Popov sarkazmla sual edib ki, “Görəsən, NATO təlimlərini daha haralarda keçirəcək?”

Söhbətə qoşulan Ukrayna parlamentinin sabiq üzvü və Solçu Qüvvələr Partiyasının sədri Vasil Volha diqqətləri Baltik ölkələri ilə yanaşı, Gürcüstan, Polşa və Ukraynaya yönəldib. O deyib ki, bu ölkələr Rusiyanın “qarşıdurma kəməri"dir.

ABŞ bu kəmərdən Rusiyanın təcavüzkar əməllərinin qarşısının alınmasında istifadə etmək istəyir.

Volha "Bahar qasırğası" adlandırılan təlimləri aqressiya əməli kimi qiymətləndirib.

“NATO-ya üzv bütün ölkələr bu ildən etibarən illik büdcələrini ikiqat artırır. Almaniya 74 milyard avro ödəyirdisə, indi bu göstərici 140 milyard avro təşkil edir” - deyə, Volha bildirib.

Volhanın əminliyinə baxmayaraq, bu, həqiqətə uyğun deyil.

2014-cü il NATO sammiti zamanı üzv ölkələr ümumi daxili məhsul istehsalının yalnız 2 faizini müdafiə büdcəsinə ayırmaq barədə razılıq əldə etmişdi.

2018-ci ilin iyul ayında ABŞ prezidenti Donald Tramp NATO üzvlərini bu məbləği 4 faizə qaldırmağa çağırmışdı. NATO-nun baş katibi isə hələ ki, 2 faizlik hədəfə tam nail olunmadığını deyib.

Alyans üzləri 4 faiz barədə razılıq əldə etməyiblər.

NATO-nun məsrəflərinə dair hesabatda bildirilir ki, 29 üzvün yalnız 7-si 2 faizlik ödənişi həyata keçirə bilib.

Hesabatda Litva və Latviyanın 2014-1018 il ərzində müdafiə xərclərini iki dəfə artıqdığı bildirilir.

ABŞ, Yunanıstan, Birləşmiş Krallıq, Estoniya və Polşa nominal artım əldə edib.

NATO-ya üzv 3 ölkə - Belçika, İspaniya və Lüksemburq 1 faizdən az müdafiə xərclərini 2014-cü il üçün hədəf qoyulan normaya gələn il yüksəldiyi təqdirdə ikiqat artıracaq.

NATO-nun ən böyük pul xərcləyən ölkəsi - ABŞ ümumdi daxili məhsul istehsalının 3.39 faizini müdafiə xərclərinə ayırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG