Accessibility links

Rusiya NATO-nun hərbi manevrləri ilə eyni zamanda genişmiqyaslı təlimlərə başlayıb


Rusiya NATO-nun Arktika bölgəsində hərbi manevrləri ilə eyni zamanda genişmiqyaslı təlimlərə başlayıb.

Rusiyanın 12 min nəfərdən ibarət əsgəri qüvvəsi, 700 hərbi birləşmə və 250 hərbi təyyarənin iştirakı ilə keçən təlimlər bazar ertəsi başlayıb. Eyni gündə Birləşmiş Ştatlar və Avropanın səkkiz ölkəsinin 100 döyüş təyyarəsi və 4 min nəfərdən ibarət əsgəri qüvvəsi Arktika Sınaq Təlimlərinə başlayıb.

NATO-nun Şimal təlimləri adlandırdığı hərbi manevrlər iyunun 4-ə qədər sürəcək və iyunun 5-də 17 ölkənin 4 min 500 nəfərlik əsgəri qüvvəsi ilə Baltops (Baltika Əməliyyatları) manevləri ilə davam etdiriləcək.

Rusiya müdafiə nazirliyinin mənbələrinə əsasən, hərbi təlimlər prezident Vladimir Putinin əmri ilə keçirilir. Təlimlər Volqa boyu regiondan Sibirə qədər may ayının 28-ə kimi davam edəcək.

Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç Rusiyanın hərbi təyyarələrinin bu ölkələrin hava hövzəsi yaxınlığında aktivliyi bildirib və bir-biri ilə daha yaxın hərbi əməkdaşlıq aparmağa söz verib.

XS
SM
MD
LG