Accessibility links

Rusiyanın sərnişin təyyarəsi Moskva yaxınlığında qəzaya uğrayıb


Rusiya rəsmiləri Moskva yaxınlığında qəzaya uğramış təyyarədəki 71 nəfərin hamısının həlak olduğunu bildiriblər.

"65 sərnişin və altı ekpiaj üzvünün hamısı həlak olub", Rusiya nəqliyyat qəzaları təhqiqati ofisinin açıqladığı bəyanatda bildirilib.

Rusiyada 71 sərnişin və ekipaj üzvünü daşıyan təyyarə .

Uçuşlara nəzarət edən FlightRadar24 veb saytında verilən məlumata görə, təyyarə Domodedovo hava limanından göyə qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.

Saratov hava yollarına məxsus An-148 təyyarəsi Moskvadan Orska uçurdu. Təyyarənin Moskvada 80 kilometrlik məsafədə yerləşən Arqunovo kəndi yaxınlığındakı əraziyə düşüb.

Qəzanın səbəbləri aydın deyil.

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov müxbirlərə nəticə çıxarmağın tez olduğunu bildirib. Onun sözlərinə görə Mülki Aviasiya Komitəsi qəzanın bütün mümkün səbəblərini araşdırır.

Rusiya prezidenti Vladimir Putin qəza nəticəsində yaxınlarını itirənlərə baş sağlığı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG