Accessibility links

Rusiya təyyarəsi Suriyada qəzaya uğrayıb


Rusiya Müdafiə nazirliyinin 2015-ci ildə yaydığı bu fotoda Suriyada Hmeymim hərbi hava bazasında Rusiyanın döyüş təyyarəsi göstərilir.

Rusiyanın nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində 32 nəfər həyatını itirib. Bu haqda Rusiya mətbuatında məlumat verilib.

Rusiyanın Müdafiə nazirliyi bildirib ki, təyyarə Rusiyanın Latakiya vilayətində Hmeymimdəki hərbi hava bazasına enərkən qəzaya uğrayıb.

“İlkin informasiyaya əsasən, təyyarənin qəzasına texniki nazaslıq səbəb olub”, Müdafiə nazirliyinin məlumatında deyilir.

Rusiyanın Suriyada Hmeymimdə hərbi hava bazası
Rusiyanın Suriyada Hmeymimdə hərbi hava bazası

Antonov-26 nəqliyyat təyyarəsinin bortunda 26 sərnişin və altı ekipaj üzvünün olduğu bildirilir.

Fevral ayının əvvəlində Rusiyanın döyüş təyyarəsi İdlib vilayəti üzərində vurulub salınmışdı. Təyyarənin pilotu paraşütlə təyyarədən tullanıb özünü xilas etsə də, quruda döyüşdə öldürülmüşdü.

Rusiya 2015-ci ildən Suriya prezidenti Bəşar Əsəd hökumətinin hərbi qüvvələrinə üsyançılar və İslam Dövləti qrupunun militantlarına qarşı döyüşlərdə dəstək göstərir.

XS
SM
MD
LG