Accessibility links

Tramp-Rusiya dosyesinin tərtibinə kömək edən rusiyalı analitik ABŞ-da həbs edilib


İqor Dançenko
İqor Dançenko

Ədliyyə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Tramp-Rusiya araşdırması zamanı toplanan dəlillər üçün məlumatlar ötürən rusiyalı analitik xüsusi prokurorun hazırda davam edən istintaqı çərçivəsində həbs edilib.

İqor Dançenko Rusiya ilə bağlı istintaq zamanı xüsusi prokuror Con Durham tərəfindən son iki ayda ittihamla üzləşəcək ikinci, ümumilikdə də isə üçüncü şəxsdir.

Dançenko 2016-cı il prezident seçkisi kampaniyası zamanı Rusiya ilə Donald Tramp arasında əlaqələri araşdırmaq üçün Demokratların pul verdiyi keçmiş Britaniya casusu Kristofer Stil üçün işləyib. Onun tərtib etdiyi araşdırma Federal Təhqiqat Bürosuna təqdim edilib və federal orqanlar tərəfindən Trampın seçki kampaniyası üzrə keçmiş köməkçisinə qarşı istifadə edilib.

Həm dosye, həm də Durhamın apardığı istintaq siyasi motivlidir. Trampın Ədliyyə Nazirliyi Durhamı Tramp kampaniyasının Rusiya ilə əlaqələrinə dair təhqiqatın ifritə ovu olduğunu və dosyenin Demokratların yürütdüyü ləkələnmiş istintaq olduğunu sübut etdiyini iddia etdiyi zaman xüsusi prokuror təyin edib.

Lakin bu dosyenin Tramp-Rusiya təhqiqatının başlanmasında heç bir rolu olmayıb və xüsusi prokuror Robert Müller Tramp kampaniyası ilə Rusiya arasında şübhəli əlaqələrlə bağlı şübhəli məlumatlar əldə edə bilsə də, cinayət işi qaldırmaq üçün kifayət qədər dəlil toplaya bilməyib. Demokratlar Durhamın istintaqını siyasi motivli kimi qiymətləndirib və tənqid edib, amma Bayden administrasiyası onun işini dayandırmayıb.

Dançenkonun hansı ittihamlarla üzləşə biləcəyi açıqlanmayıb. Bu, Durhamın açdığı üçüncü cinayət işi olacaq. Onlara 2016-cı ildə Federal Təhqiqat Bürosuna yalan ifadə verməkdə ittiham olunan kiber-təhlükəsizlik üzrə hüquqşünas Maykl Susman və keçən il Trampın köməkçisi Karter Peycin izlənməsi ilə bağlı büronun elektron məktubunda dəyişikliklər etdiyini etiraf edən hüquqşünasa qarşı qaldırılan cinayət işləri daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG