Accessibility links

Təhlilçi: Rusiyanın Trampla bağlı ümidləri reallaşmır [Video]


Təhlilçi: Rusiyanın Trampla bağlı ümidləri reallaşmır
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, dünya liderləri İsveçrədə Dünya İqtisadi Forumunda iştirak etməyə hazırlaşdığı vaxt, Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatlar və müttəfiqlərini qəsdən çox-qütblü dünyanın reallıqlarını qəbul etməməkdə və işləri ultimatum və diktatura yolu ilə yürütməkdə ittiham edir. Təhlilçilər deyir ki, bu ittihamlar Moskvanın Trampın Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaları aradan qaldıracağına dair ümidini əks etdirir.

Bu onu göstərir ki, onlar yanlış hesablamalar edib və heç vaxt bu ölkədəki hakimiyyət bölgüsünün dərinliyini, yəni Konqresin çox qüdrətli olduğunu, məhkəmələrin qüdrətli olduğunu və nəhayət Donlad Trampın Rusiya ilə münasibətləri əsaslı sürətlə dəyişməyə niyyətinin olmadığını başa düşməyiblər..
Pyotr Eltsov

ABŞ prezidenti Donald Tramp son bir neçə gündür bir sıra məsələlərə görə tənqid olunur. Daxili və xarici tənqidçilər Haiti və Afrikadan gələn immiqrantlarla bağlı işlətdiyi ifadələr səbəbilə onu irqçilikdə ittiham edib. İsveçrədə nümayişçilər onun gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakının qarşısını almaq istəyir. Rusiya xarici işlər naziri isə Birləşmiş Ştatları iradəsini bütün dünyaya yeritməyə çalışmaqda ittiham edib.

“Onlar bir neçə üsuldan istifadə edirlər. Buna qlobal raket müdafiə sisteminin yerləşdirilməsindən tutmuş, birtərəfli sanksiyalar tətbiq etmək, öz qanuvericiliyindən başqa ölkələrdə istifadə etmək və ya beynəlxalq problemləri öz ssenarilərinə əsasən həll etmək daxildir,” deyə Lavrov bildirib.

Lavrov bazar ertəsi mətbuat konfransı zamanı hazırkı adminsitrasiyanın işləri Obama adminstrasiyası ilə eyni apardığını və bəzi məsələlərdə Trampın daha da qətiyyətli olduğunu deyib.

“Təəssüf ki, bizim amerikalı tərəfdaşlarımız və onların müttəfiqləri hələ də ultimatum verərək iş aparmaq istəyir və dünya siyasətinin digər mərkəzi oyunçularının fikirlərini dinləmək istəmirlər. Əslində onlar çoxqütblü dünyanın reallıqlarını qəbul etmək istəmirlər,” Lavrov deyib.

Təhlilçi Pyotr Eltsov deyir ki, Lavrovun tənqidləri Rusiyanın Trampın Moskavının Ukraynaya müdaxiləsinə məhəl qoymayacağına dair ümidini əks etdirir.

“Bu onu göstərir ki, onlar yanlış hesablamalar edib və heç vaxt bu ölkədəki hakimiyyət bölgüsünün dərinliyini, yəni Konqresin çox qüdrətli olduğunu, məhkəmələrin qüdrətli olduğunu və nəhayət Donlad Trampın Rusiya ilə münasibətləri əsaslı sürətlə dəyişməyə niyyətinin olmadığını başa düşməyiblər,” Eltsov söyləyir.

Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

Eltsov deyir ki, Tramp administrasiyanın istəklərini dünyaya diktə etmək istədiyini iddia etmək Rusiya prezidenti Vladimir Putinin “köhnə mantrasıdır.”

“Lavrovun söylədikləri doğru deyil. Məncə bu sadəcə Rusiya hökümətinin Rusiya gündəmini təbliğ etmək niyyətini göstərir,” o deyir.

ABŞ-Rusiya münasibətləri üzrə ekspert prezident Trampın Dünya İqtisadi Forumunda iştirak etmək planını alqışlayır. Tramp uzun müddətdir Davos görüşlərində təbliğ olunan qloballaşma və azad ticarət məsələlərinə qarşı çıxıb. Elstsov isə deyir ki, bu dəfə o müzakirələri genişləndirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG