Accessibility links

Rusiya Ukraynanın şərqində keçiriləcək seçkilərin nəticələrini tanıyacaq


Rusiya bu gün bəyan edib ki, Moskva Ukraynın şərqində iki separatçı regionda keçiriləcək seçkilərin nəticələrini tanıyacaq.

Xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, noyabrın 2-də keçirilməsi planlaşdırılan səs vermə tanınmayan Donetsk və Luqansk "Xalq Respublika"larında hakimiyyətin qanuniləşdirilməsi üçün çox vacib bir addımdır.

Bu arada isə Ukraynada bazar günü keçirilən seçkilərdə ölkənin şərq bölgələrində yaşayan 3 milyona yaxın seçicini iştirak etməsi mümkün olmayıb. Bu regionda Ukrayna hökumt qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən döyüşlər nəticəsində 3700-dən çox insan həlak olub.

Aprel ayından bəri Kiyev hökumətinə qarşı üsyana başlayan Şərqi Ukraynanın üsyançı liderləri bildiriblər ki, onlar öz səs vermələrini keçirəcəklər.

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, seçkilər Ukrayna qanunları çərçivəsində və Ukrayna hökumətinin nəzarəti ilə keçirilməsə Birləşmiş Ştatlar separatçıların nəzarətində olan ərazilərdəki səsvermənin nəticələrini tanımayacaq.

XS
SM
MD
LG