Accessibility links

NATO-nun baş katibi Rusiyanın sülh planına skeptik yanaşdığını deyib


NATO baş katibi Andres Foq Rasmussen Rusiya prezidenti Vladimir Putinin Ukraynada atəşkəs planına şübhə ilə yanaşdığını vurğulayıb. Dünya liderləri növbəti NATO summiti üçün İngiltərənin Uels regionunda bir araya gəlib.

Rasmussen bildirib ki, NATO Ukraynada böhranın həlli üçün bütün sülh səylərini dəstəkləyir.

Uels şəhərii yaxınlığında iki gün davam edəcək NATO summitində şərqi Avropanın bəzi bölgələrində baş verən böhranlara cevik hərbi cavab verilməsi müzakirə olunacaq.

Rusiya bu yanaşmanı pisləyərək NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı olduğunu bildirib. Bu həftənin əvvəllərində Rusiya NATO-nun qüvvələrini Şərqi Avropaya yerləşdirməsinə cavab olaraq öz hərbi strateqiyasını nəzərdən keçirəcəyini deyib.

NATO-nun təxminlərinə görə, 1000-ə yaxın Rusiya əsgəri Ukraynadadır. Moskva isə bu iddiaları rədd edir.

XS
SM
MD
LG