Accessibility links

Rusiya müxalifəti Boris Nemtsovun hökumətlə bağlı topladığı sənədləri dərc edəcək


Rusiya müxalifət fəallarıı bildirib ki, Boris Nemtsovun ölümündən əvvəl Rusiyanın Ukraynadakı hərbi rolu haqda topladığı sənədləri dərc etməyi planlaşdırır.

Nemtsovun yaxın müttəfiqi fəal İlya Yaşin Britaniya qəzetinə bildirib ki, polis cinayət işinin tərkib hissəsi olaraq Nemtsovun kompüterlərini götürsə də, onlar dəlilləri qoruyub saxlayıblar.

Rusiya prezidenti Vladimir Putinin tənqidçisi olan Nemtsov keçən cümə günü Kreml yaxınlığında güllələnərək öldürülüb.

O, müxalifətin bazar günü keçiriləcək etiraz aksiyasına başçılıq edəcəkdi. Ölüm səbəbi ilə etiraz aksiyası Nemtsovun anma yürüyüşünə çevrilib.

Nemtsovun qətli ilə bağlı hələlik heç kim məsuliyyətə cəlb olunmayıb.

Prezident Putin Nemtsovun qatilinin tapılacağına söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG