Accessibility links

Ukrayna Moskvanı ölkəsinin sərhədinə qoşun yığmaqda günahlandırır


Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı Moskvanı ölkəsinin sərhədinə qoşun yığmaqda günahlandırdığı bir vaxt ABŞ Rusiyaya Ukraynaya hədə-qorxu gəlməməsi üçün xəbərdarlıq edib.

2014-cü ildən bəri Kiyev Rusiya tərəfindən dəstəklənən separatçılarla müharibə vəziyyətindədir və bu həftə Ukrayna rəsmiləri Rusiya qoşunlarının ilhaq etdiyi Krım və sərhədə, Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərin yaxınlığına doğru irəlilədiyini bildirib.

ABŞ Müdafiə Lloyd Ostin də daxil olmaqla, cümə axşamı Zelenskinin nazirləri Qərb müttəfiqləri ilə artan təhlükəsizlik vəziyyətini müzakirə edib.

Zelenski açıqlamasında hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatların Rusiyanın ənənəvi oyunları olduğunu deyib. O, Kiyevin keçən il əldə edilən atəşkəs razılığının bərpa edilməsinə ümid etdiyini deyib və Moskvanı "təhdidedici atmosfer" yaratmağa çalışmaqda günahlandırıb.

ABŞ Dövlət Departamenti son zamanlar Rusiyanın Ukraynanın şərqindəki"təcavüzkar və təxribatçı hərəkətlərini artırmasından narahat olduğunu" bildirib.

"Biz müttəfiqimiz Ukraynanı qorxudan, təhdid edən təcavüzkar hərəkətlərə etiraz edirik" - deyə, Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə bildirib.

Bəzi müşahidəçilərin fikrincə, Rusiyanın sərhədə qoşun yığması öCo Bayden administrasiyası üçüntən ay Baydenin rusiyalı həmkarı Vladimir Putini "qatil" adlandırması ilə Moskvada yaranan hay-küydən sonra bir sınaqdır.

Bu həftə Moskva ilə Kiyev bir-birini hökumət qüvvələri ilə Ukraynanın şərqindəki Kremlin dəstəklədiyi separatçılar arasında atəşkəs rejiminin pozulmasına səbəb olan zorakılıqların artmasında günahlandırıb.

Zelenski ilin əvvəlindən bəri 20 Ukrayna hərbçisinin öldüyünü və 57 nəfərin yaralandığını deyib.

XS
SM
MD
LG