Accessibility links

Sergey Lavrov Ukraynada siyasi gərginliyə görə Avropa İttifaqını tənqid edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada siyasi gərginliyə dair tutduğu mövqeyinə görə Avropa İttifaqını tənqid edib.

O deyib ki, Avropa İttifaqı Ukraynanı qurumla yaxın münasibətlər qurmaqla təsir dairəsinə salmağa çalışır. Lavrov bu gün Moskvada almaniyalı həmkarı Frank-Valter Steinmeierlə birgə məbuat konfransında bu barədə danışıb.

Lavrov vəziyyətin açıq-aydın göründüyünü və diplomatik ritorikanın faktları gizlədə bilmədiyin deyib.

Lavrovun mövqeyi ilə razılıq ifadə edən Seinmeier Ukraynanın geosiyasi şahmat oyunu kimi görünməli olmadığını bildirib. O deyib ki, ukraynalıların özlərinin siyasi həll yolu tapmalarına imkan yaradılmalıdır.

Ötən bazar ertəsi Avropa İttifaqı Ukraynada yeni hökumətin yaradılmasına və daha sonra azad və ədalətli prezident seçkilərinin keçirilməsinə çağırıb.

Nümayişçilərlə hökumət arasında münaqişənin üçüncü həftəyə keçdiyi bir vaxt barrikadalar Kiyevin mərkəzini blokadada saxlamaqda davam edir.

Hökumət əleyhdarları prezident Viktor Yanukoviçin hakimiyyətdən getməsini tələb edir.

Nümayişlər noyabr ayında cənab Yanukoviç Avropa İttifaqı ilə ticarət razılığını imzalamaq fikrindən yayınaraq, Rusiya ilə müqavilə imzalamasından sonra vüsat alıb.
XS
SM
MD
LG