Accessibility links

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada əks-hücumlarından narahatlığını ifadə edib


3 günlük qızğın döyüşlərdən sonra rusiyapərəst separatistlərin Novoazovsk şəhərini ələ keçirməsi ilə vəziyyət kəskin xarakter alıb.

40 min sakini olan bu şəhər Rusiyanı Ukraynanın Mariupol limanı və Krıma aparan yol üzərində yerləşir.

Ukraynanın şərqində də separatistlərin böyük bir ərazini hökumət qüvvələrinin əlindən aldığı bildirilir.

Jurnalistlərin verdiyi məlumat görə, Ukrayna qüvvələri zirehli maşınlar və silah-sursatı atıb gediblər.

Ukrayna ərazilərinə daha artıq rus əsgərinin keçdiyini bəyan edib. Ordunun məlumatında deyilir ki, Rusiyanın 5 zirehli maşını Amvrosiyivka şəhərinə daxil olub.

Məlumat Kremlin bazar ertəsi Rusiya əsgərlərinin Ukrayna ərazisində nəzarət altına alındığına dair xəbəri təsdiq etməsindən sonra yayılıb. Rusiya onların sərhədi təsadüfən keçdiyini iddia edir.

ABŞ hökuməti Rusiyanın Ukraynanın Donetsk və Luqansk şəhərlərində əks-hücumlar həyata keçirdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki hücumlarla bağlı narahatlığını bildirərək, Rusiya hökumətinin əsgələrinin ələ keçirilməsinə baxmayaraq belə, həqiqətləri danıdğını deyib. Sözçü bildirib ki, Rusiya əsgərlər və onların valideynlərinə məlumat vermədən gəncləri Ukraynaya göndərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG