Accessibility links

Rusiya Ukraynanın üç hərbi gəmisini ələ keçirib


Ukrayna prezidenti Petro Poroşenko bazar ertəsi Rusiyadan Qara Dənizdə ələ keçirdiyi ukraynalı dənizçilər və gəmiləri sərbəst buraxmasını tələb edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı “gəmilərin ərazidə normal hərəkətlərinə təhlükə və risklər yaradan təhlükəli üsullardan istifadə edərək” beynəlxalq normaları pozmaqda ittiham edib.

BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə məsələ ilə bağlı fövqəladə iclas keçirir.

Poroşenko bazar ertəsi bildirib ki, o, “Rusiya Federasiyası tərəfindən soyuq aqressiya aktları fonunda Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün” ölkədə hərbi vəziyyət elan etmək istəyir. O, Ukraynanın bütün beynəlxalq öhdəliklərini yerinə yetirmək niyyətində olduğunu əlavə edib.

Rusiya bazar günü Qara dənizdə Ukraynanın iki hərbi gəmisinə atəş açıb, digəri ilə toqquşub və onları ələ keçirib. Rusiya gəmiləri qanunsuz şəkildə su ərazisinə daxil olmaqda ittiham edib.

Ukrayna rəsmiləri azı altı dənizçisinin yaralandığını bildirir və yanlış hərəkət etdiyini inkar edib, eyni zamanda Rusiyanı hərbi aqressiyada günahlandırıb.

“Bu cür hərəkətlər Qara dəniz regionundakı bütün ölkələrin təhlükəsizliyinə təhlükədir və bu səbəbdən də beynəlxalq icma bu məsələyə aydın bir cavab verməlidir” – deyə, Ukraynanın xarici işlər naziri bildirib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanı qəsdən provokasiyada günahlandırıb.

Bazar günü baş verən insident Ukraynanın yedək gəmisi iki hərbi gəmini Kerç boğazı vasitəsilə Qara dəniz sahilində yerləşən Odessadan Ukraynanın Azov dənizindəki Mavripol limanına müşayiət edərkən başlayıb.

Kerç boğazı iki dəniz arasında yeganə keçiddir.

Ukrayna bildirir ki, Rusiya razılığa əsasən birgə ərazi hesab edilən Kerç boğazına girişi blok etmək üçün tankerdən istifadə edib.

Rusiya isə Ukrayna gəmilərinin Rusiyanın su hövzəsini pozduğunu bildirir və ukraynalıları onlara Kerç boğazından üç gəminin keçəcəyi barədə məlumat verməməkdə ittiham edir. Ukrayna bu ittihamı rədd edir.

XS
SM
MD
LG