Accessibility links

Rusiyanın ÜTT-yə üzvlüklə bağlı sənədi bu gün qurumun Cenevrədəki baş qərargahına təqdim edilir


Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı sənədini imzaladıqdan sonra sənəd bu gün qurumun Cenevrədəki baş qərargahına təqdim edilir.
Rusiya qanunvericiləri ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzvlük sənədini ötən həftə təsdiq edib.
Rusiya dekabrda 153 üzvlü təşkilatın razılığını əldə edənədək qurumdan xaricdə qalan böyük iqtisadiyyatlardan idi.
Üzvlük müqabilində Rusiya tariflər və subsidiyaları məhdudlaşdırmalı, habelə xarici bankların sərbəst fəaliyyətini təmin etməlidir. Rusiya Ümumdünya Ticarət Təşkilatına ilk dəfə 1993-cü ildə müraciət etmişdi.
Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkələrə İran, İraq, Liviya, Suriya, Əlcəzair, Bosniya, Serbiya, Sudan, Özbəkistan və Qazaxıstan daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG