Accessibility links

Rusiya və ABŞ astronavtları Beynəlxalq Fəza Stansiyasına çatıb


Rusiya və ABŞ astronavtlarından ibarət qrup bu gün müvəffəqiyyətlə Beynəlxalq Fəza Stansiyasına çatıb.

Rusiyanın Soyuz fəza gəmisi Qazaxıstanın Baykanur kosmodromundan dünən gecə yola düşüb. Fəza gəmisi rusiyalı Aleksandr Samokutyayev ilə Elena Serovanı və ABŞ astronavtı Berri Uilmoru orbitə aparıb.

Serova fəzaya səyahət edən dördüncü, 1997-ci ildən bəri isə ilk rusiyalı qadındır.

Yeni qrup Beynəlxalq Fəza Stansiyasındakı digər üç astronavtla birgə altı ay orada qalacaq.

XS
SM
MD
LG