Accessibility links

Özbək miqrantların Moskva həyatı


Özbək miqrantların Moskva həyatı
please wait

No media source currently available

0:00 0:02:47 0:00

2104-cü ildən, Krımın ilhaqına görə qərbin ona qarşı qoyduğu sanksiyalardan sonra Rusiya iqtisadiyyatında durğunluq qalmaqda davam edir. Buna baxmayaraq özünün ritmi ilə Moskva əsasən Mərkəzi Asiya respublikaları olmaqla, sabiq Sovet məkanından miqrantları cəlb edir. Lakin Moskvaya rifah dalınca gələn miqrantların çoxu üçün bu, o qədər də asan olmur.

İqtisadiyyatındakı ləngimələrə, rublun dəyərini itirməsinə və ümumi durğunluğuna baxmayaraq Moskva dünyanın ən canlı paytaxtlarındandır. Pulun cazibəsi miqrantları bu şəhərə cəlb etməkdə davam edir.

Buraya gələnlərin çoxu Mərkəzi Asiyadan, əsasən də Özbəkistandandır. Özbək miqrantlar süpürgəçilik və ya tikinti işləri olmaqla, kirli işləri görür. Lakin aralarında sənətlə məşğul olanlar da var.

Ədham Moskvaya iki il əvvəl gəlib. O, rəssamdır və buraya karyerasına başlamaq üçün gəldiyini və çətin reallıqla üzləşdiyini deyir. O, vətənində qazandığından daha az pul qazanır və tikintidə müxtəlif işlər görməyə məcbur olur. Moskvanın mərkəzindən qatarla bir saatlıq məsafədəki kiçik mənzildə digər miqrantlarla birlikdə yaşayır. “Mən Moskvaya gəlib rəsmlərimi burada satmaq arzusunda idim. Lakin mən Moskvanın yarısının rəssam olduğunu bilmirdim. Mən buraya iqtisadi böhran başlayan vaxt gəldim. Bəxtim gətirmədi. Mənim qızım öldü və müsəlman adətinə zidd olaraq o, mənsiz dəfn edildi. Mən yalnız bir az pul göndərə bildim.”

Şahnoza da Özbəkistandandır. Digər miqrantlar kimi o da Moskvaya pul qazanmağa gəlib. “Mənim Moskva ilə bağlı arzum yoxdur. Bura mənim vətənim deyil, mən buraya pul qazanmaq üçün gəlmişəm.”

Vətənində müəllimlik edərək çox az maaş alan Şahnoza Rusiyaya daha yaxşı həyat üçün gəlib. Lakin o, məyusdur. “Məsələn, mən 4 ulduzlu mehmanxanada işlədyirdim. Əvvəl hər şey yaxşı gedirdi. Sonra yeni menecer gəldi və məni incitməyə başladı. Onun mənə münasibəti qeyri-insani idi. Mənə bu barədə danışmaq çox çətindir. Ali təhsilli insanın belə sözlər eşitməsi çox ağırdır.”

Miqrantlar rusların görmək istəmədikləri işləri görür. Müşahidəçilər isə aşağı ödənişli işlərdə işləmək istəyənlər çox olduğu üçün maaşların da aşağı salındığını deyir. Sosiologiya İnstitutundan Mixail Çernış: “Belə görünür miqrantların axını yerli sakinlərin maaşlarının və iş seçimlərinin azalmasına gətirib çıxarır. Bu da təbii ki, yerli sakinləri qıcıqlandırır.”

Afrika və Latın Amerikası ölkələrindən olan miqrantların vəziyyəti başqadır. Onlar adətən öz təqaüdləri ilə gələn tələbələrdir. Buradakı ağır bürokratiyaya baxmayaraq, onlardan da bəziləri məskunlaşmaq yollarını tapır.

XS
SM
MD
LG