Accessibility links

Rusiya və Belarus liderləri arasında danışıqlar iki gündür davam edir 


Russia Belarus
Russia Belarus

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın cənubundakı Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və onun Belarus həmkarı Aleksandr Lukaşenko arasında danışıqların iki gündür davam etdiyini bildirib.

Qərb Belarusu ötən bazar günü Belarus avia dispetçer xidmətinin Ryanair pilotuna saxta bomba təhdidi haqda xəbərdarlıq verməsi və MiG29 qırıcı təyyarəsi vasitəsi ilə sərnişin təyyarəsinin Minskə enməyə məcbur edilməsindən sonra piratlıqda ittiham edib. Təyyarə enməyə məbur edildikdən sonra təyyarədə olan müxalif jurnalist Roman Protaseviç sevgilisi ilə birlikdə həbs olunub.

Hazırda onların hər ikisi də həbsdədir. Kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılan Protaseviç 15 ilədək həbs cəzasına məhkum edilə bilər.

Lukaşenko qalmaqal fonunda Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib. TASS xəbər agentliyinə istinadən Peskov qeyd edib ki, "iki prezident arasında müzakirə bu gün də davam edir".

XS
SM
MD
LG