Accessibility links

Rusiya və İran nüvə razılığının orijinal versiyasının bərpasına çağırır


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyin Əmirabdullahian telefon danışığı zamanı İran nüvə razılığının orijinal halına qaytarılmasına çağırış ediblər.

“Tərəflər İranla bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti və Vyana danışıqlarının bərpa etmək ehtimalını müzakirə ediblər,” Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 6-da yaydığı bəyanatda bildirib. “Onlar nüvə razılığının Bİrləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş orijinal balanslı versiyasının bərpasına çağırıblar. Onlar bunun hərtərəfli razılığın bütün tərəflərinin hüquqları və maraqlarını təmin etməyin yeganə yolu olduğunu təsdiq ediblər.”

Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə Tehranla Rusiya daxil olmaqla dünya qüdrətləri arasında imzalanıb və onun məqsədi sanksiyaların azaldılması müqabilində İranın mübahisəli nüvə proqramını məhdudlaşdırmaq idi.

Birləşmiş Ştatlar 2018-ci ildə o zamankı Prezident Donald Trampın rəhbərliyi altında razılıqdan geri çəkilib və İran o zamandan bəri nüvə proqramındakı fəaliyyətini davamlı olaraq artırıb. Buna zənginləşdirilmiş uranın ehtiyatını artırmaq daxildir ki, İran artıq razılığa əməl etməyə məcbur olmadığını iddia edib.

Trampın xələfi Prezident Co Bayden İran razılığa yenidən tam əməl etməyə başladığı təqdirdə sazişə geri dönməkdə maraqlı olduğunu ifadə edib. Lakin razılığı imzalayan tərəflər arasında aprel ayında Vyanada başlayana bilvasitə danışıqlar iyun ayında İslam Respublikası sərt xətt tərəfdarı İbrahim Rəisini prezident seçəndən sonra dayandırılıb.

Danışıqların noybarın 29-da yenidən başlayacağı gözlənilir. Rəisi noyabrın 4-də söz verib ki, İran “heç bir şəkildə” geri çəkilməyəcək. Lakin İran həmçinin bildirib ki, Vaşinqton sanksiyaları aradan qaldırsa və razılığa geri dönsə, uranı zənginləşdirmək səyləri və digər pozuntuları geri çevrilə bilər.

İran nüvə silahı inkişaf etdirdiyini inkar edib və Qərb rəsmiləri və təhlilçilər Tehranın uranı zənginləşdirmə səviyyəsini artırmasının məqsədi danışıqlarda üstünlük əldə etməkdir.

XS
SM
MD
LG