Accessibility links

Rusiya və Suriya təyyarələri İŞİD-in mövqelərinə zərbələr endirib


.
.

Rusiya və Suriyanın döyüş təyyarələri İslam Dövləti qrupunun Suriyanın cənub-qərbində İordaniya-İsrail sərhədindəki istinadgahını bombardman edib. Diplomatik və müxalif mənbələrin bildirdiyinə görə, militantlar üsyançılar tərəfindən boşaldılmış ərazilərə üz tutur.

İslam Dövləti qrupu ilə əlaqəsi olan qüvvələr İsrail tərəfindən işğal ediliş Qolan yüksəklikləri və İordaniya ilə sərhəddəki Yarmuk bölgəsində mənzillənir. Mənbələrin verdiyi məlumata əsasən, militantlar Suriya ordusu və onun müttəfiqlərinin quruda hücumlarına müqavimət göstərib.

Bu aqrar bölgə Rusiyanın dəstəklədiyi Suriya ordusunun hücumları nəticəsində bir zamanlar ABŞ, İordaniya və Körfəz ölkələrinin dəstək verdiyi üsyançı qüvvələrin buradan çıxarılmasından sonra mühüm sərhəd ərazisində əsas döyüş meydanına çevrilib.

Kəşfiyyat mənbələrinin Reuters agentliyinə bildirdiyinə görə, İslam Dövləti qrupunun 1000-1500 döyüşçüsü 10 gün davam edən bombardmanlara baxmayaraq, istinadgahlarını müdafiə etməyə davam edir. Mənbə bildirib ki, bombardmanlar kəndləri hədəf alıb və “məlumat verilmədiyi” sayda tələfatlar olub.

Qolan yüksəklikləri ərazisindəki kəndlərin sakinləri döyüşlərdən qaçaraq bölgəni tərk edir.
Qolan yüksəklikləri ərazisindəki kəndlərin sakinləri döyüşlərdən qaçaraq bölgəni tərk edir.

Ərazidəki kəndlərdə qohumları ilə əlaqə saxlayan keçmiş sakinlərindən biri deyib ki, kəndləri bombardmanlara məruz qalan minlərlə mülki vətəndaş ya ordu, ya da üsyançılar tərəfindən nəzarət edilən təhlükəsiz yerlərə qaçıb.

Vəziyyətlə bağlı məlumata malik olan daha bir mənbə isə bildirib ki, İslam Dövləti qrupu əslində son 20 saat ərzində Azad Suriya Ordusunun bayrağı altında döyüşən üsyançılar tərəfindən tərk edilmiş 18 kəndi ələ keçirərək, öz nəzarətində olan əraziləri genişləndirib.

Mənbə İslam Dövləti qrupunun ideoloji düşməni olan Azad Suriya Ordusunun süqutundan faydalanmağa çalışdığını deyib.

Birləşmiş Ştatlar bir zamanlar Azad Suriya Ordusunun cənubdakı döyüşçülərini silahlandırırdı. Lakin Rusiya-Suriya hücumu başlayanda ABŞ onlara müdaxilə ediləcəyini gözləməli olmadıqlarını bildirib. Mənbənin bildirdiyinə görə, yardımın kəsilməsinə baxmayaraq, Vaşinqton İslam Dövləti qrupuna qarşı döyüşən üsyançılara silah verməyə davam edir.

Suriya ordusu və onun müttəfiqləri Qolan yüksəklikləri ilə sərhəddə öz mövqelərini genişləndirməyə çalışır. Ordu üsyançı qruplara ya təslim olmaq, ya da Suriyanın şimalında müxalifətin nəzarətində olan yerlərə getməyə icazə vermək təklifi ilə bağlı danışıqlar aparır.

XS
SM
MD
LG