Accessibility links

Rusiya və Türkiyə arasında Liviya məsələsində gərginlik yaşanır


Prezident Tayyib Ərdoğan Türkiyənin Liviyadakı Xəlifə Həftarı dəstəkləyən Rusiyaya məxsus muzdlulara qarşı səssiz qalmayacağını bildirib. Belə ki, rəsmi Moskva Həftarın düşmənlərinə dəstək olaraq Türkiyənin Liviyaya mümkün hərbi qoşun yeritməsindən narahatlığını dilə gətirib.

Türkiyə Liviyanın beynəlxalq aləmdə tanınan Faiz Sərracın rəhbərliyini dəstəkləyib və tərəflər ötən ay hərbi əməkdaşlığı dərinləşdirə biləcək bir təhlükəsizlik sazişi imzalayıb.

Türkiyə Birləşmiş Millətlər Təşkilatının silah üçün nəzərdə tutulmuş sanksiyasını pozaraq Liviyaya hərbi qüvvə göndərib. ABŞ ekspertlərinin Reuters agentliyi tərəfindən ötən ay açıqlanan hesabatına görə, Sərracın Milli Saziş Hökuməti (GNA) Həftarın İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən dəstək almasından sonra Türkiyədən kömək istədiklərini bildirib.

Türkiyə hesabatdakı iddialara birbaşa cavab verməyib, amma Ərdoğan rəsmi Ankaranın Həftarın Kremlə bağlı Vaqner qrupundan aldığı dəstəyi qulaqardına vura bilmədiyini deyib.

“Vaqner adlı qrup Liviyada Həftarın muzdlu işçiləri kimi işləyir. Onlara kimin pul ödədiyini bilirsiniz” deyən Rəcəb Tayyib Ərdoğan Malayziyadan qayıdarkən NTV telekanalına açıqlamasına "Bu belədir və bütün bunlara qarşı səssiz qalmağımız düzgün olmaz. İndiyə qədər əlimizdən gələni etdik və bundan sonra da edəcəyik” fikirlərini də əlavə edib.

Ərdoğan bu açıqlamaları Sərrac hökumətinin rəsmi Ankara ilə təhlükəsizlik və hərbi razılaşmanın əldə olunmasını bildirdikdən bir gün sonra verib. Bu addım Həftar qüvvələri ilə uzun illər davam edən mübarizədə Türkiyənin dəstəyini mümkün edir.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü Rusiya Türkiyənin Liviyaya qoşun göndərməsi perspektivindən çox narahat olduğunu vurğulayıb.

Çərşənbə günü Ərdoğan Türkiyənin GNA-ya hərbi dəstək vermək və Aralıq dənizinin şərqində ortaq addımları dəstəkləməklə Liviya ilə əməkdaşlığı daha da yaxşılaşdıracağını qeyd edib. Rəsmi Ankara əvvəllər bəyan etmişdi ki, GNA-ya müraciət olacağı təqdirdə hərbi dəstək göndərə biləcək. Lakin hələ də belə bir tələbin edilmədiyi bildirilir.

Kreml çərşənbə axşamı Ərdoğan və Vladimir Putinin gələn ay Türkiyədəki danışıqları zamanı rəsmi Ankaranın Liviyaya potensial olaraq hərbi qüvvə yerləşdirməsini müzakirə edəcəklərini deyib

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG