Accessibility links

Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini müvəqqəti dayandırıb


Rusiya Dəmir Yolları agentliyi hökuməti martın 16-dan Azərbaycanla dəmir yolu əlaqələrini müvəqqəti dayandırıb.

Bu barədə Rusiya Dəmir Yolları Səhmdar Cəmiyyəti məlumat yayıb.

Məlumatda deyilir ki, dəmir yolu əlaqələrinin dayandırılması koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində edilib. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məlumatında isə deyilir ki, Ukraynanın Nazirlər Kabinetinin qərarına əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə martın 17-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

Bununla əlaqədar, Bakıdan martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

Bakıdan martın 14-də yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov sərnişin stansiyasından bu gün yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG