Accessibility links

Rusiya və Ukrayna liderlərinin görüşündə çox az irəliləyiş əldə olunub


Rusiya və Ukrayna liderlərinin görüşündə çox az irəliləyiş əldə olunub
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Rusiya və Ukrayna liderləri Ukraynanın şərqidnə münaqişəyə son qoymaq məqsədilə son üç ildə ilk dəfə olaraq Parisə görüş keçirib. İndi isə diqqət Ukrayanın hökümət qüvvələri ilə Moskvanın dəstəklədiyi separatçılar arasında beş ildir davam edən müharibəyə son qoymaq yolunda növbəti addımın nə olacağına yönəlib. Paris danışıqlarında isə münaqişəyə səbəb olan əsas məsələ ilə bağlı çox az irəliləyiş əldə olunub.

Fransa prezidenti Emmanuel Makron üçün Paris danışıqlarının keçirilməsi belə onun gülümsəməsi üçün yetərli səbəb olub.

Fransa lideri Almaniya kansleri Angela Merkelin dəstəyi ilə Ukrayna və Rusiyadakı həmkarlarını Ukrayanın şərqində 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibəyə son qoymaq məqsədilə danışıq masasına oturmağa razı salıb.

Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin
Volodimir Zelenski, Angela Merkel, Emmanuel Makron və Vladimir Putin

Ukraynanın yeni prezidenti Volodimir Zelenski üçün isə bu görüş diplomatiyaya böyük riskli giriş olub.

Bir çoxlarını bu il böyük səs fərqi ilə prezident seçilən komediya aktyoru Zelenskinin rəqibi Rusiya prezidenti Vladimir Putinlə görüşdə hansı irəliləyişlər əldə edəcəyi maraqlandırırdı.

Sammitdən öncə Kyivdə toplaşan izdiham yeni prezidentə Kremlə güzəştə getməməsi barədə xəbərdarlıq edib.

Zelenski isə danışıqlar zamanı öz mövqeyini qoruyub saxlayıb. Heç bir tərəf danışıqlarada üstünlük əldə etməyib. Lakin təhlilçilər deyir ki, çox az irəliləyiş əldə olunsa da, münasibətlərdə bir yumşalmanın olduğu müşahidə edilib.

“Zelenskinin tərəfdarları sülhlə bağlı danışıqlarda irəliləyiş gözləyirdi. Onun əleyhdarları isə onun Putinlə danışıqlarda özünü rüsvay etdəcəyini gözləyirdi. Amma bunların heç biri olmadı,”Moskva Karneqi Mərkəzindən Konstantin Skorkin bildirir.

Hələ ki, liderlər daha öncə döyüşlərin qarşını almaq cəhdlərinin iflasa uğramasına baxmayaraq, yenidən atəşkəsə əməl edəcəklərini vəd edib. Atəşkəsə əsasən, hökümət qoşunları ilə Rusiya tərəfdarı separatçılar cəhbə xəttindən geri çəkilməlidirlər.

Donbas
Donbas

Bundan əlavə isə Yeni İldən öncə xoş niyyət jesti olaraq il başa çatmadan üsyançılarla kütləvi məhbus mübadiləsinin aparılacağına dair vədlər edilib.

Lakin Paris danışıqlarında əsas məsələ, yəni Ukraynanın şərqində Luhansk və Donetsk regionlarından ibarət Donbasın gələcəyi ilə bağlı irəliləyiş əldə olunmayıb.

Zelenski deyir ki, Kyiv hələ də Rusiyanın dəstəklədiyi separatçıların iki müstəqil Respublika elan etdiyi regionlar üzərində tam nəzarəti bərpa etmək istəyir.

Bu arada isə Putin Ukraynanın Zelenskinin sələfinin regionlara geniş müxtariyyətin verilməsi və üsyançılarla birbaşa danışıqların aparılmasına mandatın verilməsi ilə bağlı etdiyi vədləri yerinə yetirməsini təkid edir.

Kyivdə bir çoxları hesab edir ki, bu şərtlər Moskvaya onların Qərbə qoşulmaq ambisiyaları üzərində hədsiz təsir gücü verir və Rusiyanın separtçıları pul, əsgər və silahla təmin edən dəstəkçi rolunu gizlədir.

“Hər kəs Luhansk və Donetskdəki liderlərin kim olduğunu çox gözəl bilir. Onların arxasında kimin olduğunu, kukla ustasının kimin olduğunu bilə-bilə onlarla razılıq əldə etməyin nə mənası var?” siyasi təhlilçi Yuli Nesneviç sual edir.

Normandiya dördlüyü dörd ay sonra yenidən bir araya gələcək. Bu dəfə görüş Britaniyada baş tutacaq. Onlar yenidən bir-birilərilə uyğun gəlməyən mövqelərini müzakirə edəcəklər.

Onların əldə edəcəyi hər hansı irəliləyiş ya Donbasda sülhə yaxın vəziyyətin yardılacağını ya da oradakı vəziyyətin Avropanın yeni donmuş münaqişəsinə çevrilib-çevrilməyəcəyini müəyyən edə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG