Accessibility links

Rusiya və Bolqarıstan Belene atom elektrik stansiyasının işinin dayandırılması barədə razılıq əldə edib

Rusiya və Bolqarıstan Bolqarıstanın Belene şəhərində inşa edilən atom elektrik stansiyasının işinin dayandırılması barədə razılıq əldə edib. Bunun məqsədi Yaponiya faciəsindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Bolqarıstanın Dövlət Elektrik şirkəti ilə Rusiyanın Dövlət Atom Elektrik şirkəti Atomstroyeksport Belene layihəsindəki bütün işlərin 3 ay müddətinə dayandırılmasına dair razılıq imzalayıb. Yeni təchizat sifarişləri də təxirə salınıb. Tərəflər iyun ayının sonundək radiasiya və nüvə təhlükəsizliyi ilə bağlı analizlər edəcək. Rusiya və Bolqarıstan beynəlxalq nüvə təhlükəsizliyi qaydalarına riayət edəcəklərinə vəd verib.

XS
SM
MD
LG